menu_open
Columnists Actual . Favourites . Archive
We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close
Aa Aa Aa
- A +

İki şeirin işığında - Əbülfət Mədətoğlu yazır

11 0
27.11.2024

Söhbət Fəxrəddin Teyyubun şeirlərindən gedir

Hər dəfə onunla zəngləşəndə və yaxud qarşılaşanda birmənalı olaraq bizi üzbəüz tanış edən, bir-birimizə doğmalaşdıran və bu gün Cənnətdə qərar tutan gözəl şairəmiz Fərqanə xanım Mehdiyevaya rəhmət oxuyuruq. Həqiqətən Fərqanə xanım hər kəsə qarşı bir ana, bir bacı doğmalığı yaşadırdı içində və bu ana, bacı sevgisini əsirgəmirdi heç kimdən. Ona görə də dünən olduğu kimi, bu gün də yeri görünür onun. Adı gələndə də hər kəs böyük sayqı və üzüntü ilə ruhuna dua oxuyur.

Bəli, bizi təbii ki, bir-birinin sözünü tanıyan adamları Fərqanə xanım tanış etdi, doğmalaşdırdı. Onun təqdimatı ilə imzasını tanıdığım Fəxrəddin Teyyubla dostluğumuzun, qardaşlığımızın bünövrəsi qoyuldu. Və biz bir-birimizin imzasını, sözünü daha çox arayıb axtarmağa, daha çox fikir bölüşməyə daxilən ehtiyac duyduq. Həmin o mənəvi tələbat da son nəticədə hansısa bir şeirin, bir yazının dünyaya gəlməsinə rəvac verdi. Elə buradaca xatırladım ki, Fəxrəddin müəllim sözü incələməyi, onun damarını tutmağı bacaran yazarlarımızdandı, şairlərimizdəndi. Yəni, istənilən şeiri oxuyanda və yaxud özü yazanda istəyir ki, oxucu şeirin bütün qatlarını görsün. Necə deyərlər, altından, üstündən xəbərdar olsun. Məhz bu səbəbdən də bər-bəzəyə, süni və pafoslu ifadələrə meyl etmir. Hətta biz fikir bölüşəndə dəfələrlə etiraf etmişik ki, söz dünyaya gələndə insanın ürəyində, ruhunda necə formalaşıbsa, o cür gəlsə, daha gözəl olar. Yaranana yamaq vurmaq, bəzək vurmaq bu o vaxt qəbul olur ki, o əl işi olsun. Amma şeir və yaxud nəsr, rəsm əsərləri, musiqi əl........

© Ədalət


Get it on Google Play