Hamıdan, hər kəsdən yaxındakı SƏN - Əbülfət MƏDƏTOĞLU yazır

Birlikdə olsaq da, SƏN məni görmürsən…

Çox qəribədir. Və bu qəribəliyin də ən sirli məqamı odur ki, ondan baş aça bilmirəm. Yəni bilirəm ki, qəribədi. Bu qəribəlik də ondadır ki, hara getsəm ordasan, hara baxsam ordasan, nəyi düşünsəm ordasan, nəyi xatırlasam ordasan. Deməli, bütün hallarda, bütün məqamlarda gözümün önündəsən, qarşımdasan. Amma bu necə olur? Nədən yaranır? Nəyi ifadə edir? Ümumiyyətlə, bunun anlamı nədədir?

Bax, dediyim qəribəliyin sirli tərəfi, sirli nöqtəsi bu suallardadı. Çünki bütün bunları mən görürəm, mən yaşayıram. Amma sən biganəsən. Və bu biganəliyin qanadlarında özün üçün, öz rahatlığın üçün, istədiyin kimi yaşayırsan. Mən də çox, öz də lap çox istəyirəm ki, sən elə istədiyin kimi yaşayasan! Sadəcə məni də görəsən, mənim də varlığımı hiss edəsən. Ən azından var olduğumu xatırlayasan. Və biləsən ki, nə olur olsun, onun hər yerində, hər guşəsində ömür payım, yaşamaq qismətimi Sənə qurban etməyə razıyam. Yalnız ona görə ki, səni görə bilim, səni özümlə apardığım hər yerdə də sənin rahatlığını təmin edə bilim. Sən mən olduğumu və mənim də səndə olduğunu qəbul edəsən. Və onda biləcəksən ki:

Bir qələmdi, bir dəftərdi, bir də söz

Dili-dodaqdı, bir ürəkdi, bir də söz…

Bir baxışdı…nə gərəkdi burda söz –

Həm pərvanən, həm dəlinəm mən sənin!

Bir Allahdı, bir Mələkdi, bir bəndə

Allah bilir, Mələk görür, kür bəndə…

Ümid qalır deyəcəyim bir fəndə –

Pərvanənəm, həmdəminəm mən sənin!

Həsrət xəncər – ürəyimə soxulur

Bəzən olur sözüm sözə toxunur…

Ahlarım da şeir kimi oxunur –

Sevincinəm, həm qəminəm mən sənin…

Havadadı ümidimin əlləri,

Saçlarında hiss........

© Ədalət