menu_open
Columnists Actual . Favourites . Archive
We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close
Aa Aa Aa
- A +

Dünyanın xoşbəxti - Əbülfət Mədətoğlu yazır

15 0
07.11.2024

Üç gündür ki, əlimdən düşməyən və gözümün önündən uzaqda qoymadığım bir kitabın aurasındayam və o auradan çıxa da bilmirəm. Xüsusilə kitabın arxa üz qabığındakı misralar məni özünə elə çəkib ki, sanki o xoşbəxtlik gözümün önündə, hətta az qala çevrəmdədi. Mən də ondan yararlanıram, ondan dadıram… Və elə bu hisslər də həmin misraların dilimdə təkrarına səbəb olur. Yəqin siz də bu kitabı əlinizə alsanız, həmin misraları oxusanız və onun müəllifi ilə ruhən bağlantı qursanız elə mənim indiki anda yaşadıqlarımı yaşayarsınız. Çünki sadə və qeyri-adi bir məntiq var bu misralarda. Xüsusilə:

Hamı bilməz ki,

Dünyanın xoşbəxtidi

Vətəni olan adam.

Doğma Azərbaycan,

Mən o adamam – O adam.

Bəli, Kəmalə həqiqətən o Adamdı – Vətəni olan Adam!

Deməli, dünyanın ən böyük xoşbəxtliyi Vətəni olmaqdı. Mən 30 il Vətəndə Vətənsiz yaşamışam. Elə bu səbəbdən də Vətəni olanlara həmişə həsəd aparmışam. Amma Kəmalənin dediyi gerçəyi mən onda yox, məhz indi dərk edib bütünlüklə qəbul etmişəm. Və bir də təkrar edirəm ki, Vətəndə Vətənsiz olduğum anların ağrısını, acısını indi........

© Ədalət


Get it on Google Play