menu_open Columnists
We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close

ÇIXA BİLMƏDİYİM LABİRİNT - Əbülfət Mədətoğlu yazır

9 0
latest

PSİXOZDAKI HƏYAT VƏ ÖLÜM MÜCADİLƏSİNİN CİZGİLƏRİ

(Yazıçı, Millət Vəkili İMAMVERDİ İSMAYILOVUN əsəri haqqında düşüncələrim)

Etiraf etməliyəm ki, son illərdə bu ağırlıqda, bu tutumda yazı oxumamışdım. Və son illərdə sözün altında, fikrin burulğanında batıb qalmamışdım. Amma indi elə batmışdım ki, nəfəs almağım da çətinləşmişdi. Öz-özümə hətta niyə oxudum bu əsəri, niyə birinci abzasından qatlayıb qoymadım bir kənara bu qəzeti deyə suallar da keçirtdim ürəyimdən. Sizə bu halım, bu düşüncəm qəribə gələ bilər, amma bir olan Allah şahiddir ki, mən təkrar-təkrar həm də günün müxtəlif saatlarında, özümün müxtəlif ovqatlarında oxudum bu povesti. Hər dəfə də yenidən o burulğana düşdüm, yenidən o boğulmaq təhlükəsi ilə üz-üzə qaldım. 

Açığını deyim ki, mən yazının adını oxuyanda özümdə müəyyən təsəvvür yaratmışdım. Çünki mənası dolaşıqlıq, qarmaqarışıqlıq olan bu başlığın arxasında bir nəfəs genişliyini düşünmək doğru olmazdı. Amma bu qədər də yox da. Elə bil ki, müəllif həqiqətən də labirinti, hətta nəfəs almaq üçün də çıxılmaz bir qala edib. O qalanın içərisində ancaq yük daşımalısan, özü də fikir yükü. Bir nöqtədən o biri nöqtəyə çatdırmalısan ki, sözün əvvəlindəki fikir sondakı fikirdə yozumunu tapsın. Və sondakı fikir də özündən sonra gələcək fikrin özülü olduğunu hiss etdirsin. Deməli, sözün əvvəlindən sonuna qədər fikir yükü adamı beynindən deyil, həm də ürəyindən elə sıxır ki, az qala gicəllənməkdən özünü güclə tutub saxlayırsan. Bu fikir sərxoşluğu səni o labirintdən çıxmağa yönəldə bilmir. Ona görə ki, labirintin içi ancaq yüklü fikirdi. Qalaq-qalaq fikirlər...

Mən qələminə yaxşı bələd olduğum və yaradıcılığını, həqiqətən də, izlədiyim yazıçı İmamverdi İsmayılovun son illərdə sözü bu qədər fikrə çevirmək və həmin fikirləri də təkcə özünün yox, həm də oxucunun fikirləri ilə bir sıraya çəkib gətirmək məharətinə heyran qalmışam. 

Sanki istedadlı söz adamı yazı masası arxasında deyil, cəmiyyətin elə bir nöqtəsində dayanıb ki, hamını görür, hamının içini, beynini oxuyur. Ürəklə beyin arasındakı gəlişmələri çözür, incələyir. Və sonra onun hamısını qələminin ucuyla hərflərə çevirir, o hərflərdən söz yaradır, o sözdən də cümlələr qurur. Və sonda da bu cümlələr fikir hökmünə, fikir ittihamına, fikir gerçəkliyinə, hətta az qala fikir bəyanatına çevrilir. Oxuduqca o fikirlər səninlə həmsöhbət olur. Sanki sənin içindən keçənin cavabı kimi durur gözünün qarşısında... 

Bunlar mənim fərziyyələrim, təxəyyülümün bəhrəsi deyil. Bunlar bir oxucu olaraq, oxuduğum əsərin mənə keçdiyi dərsin, verdiyi bilginin cavabıdır. Biraz da açıq şəkildə ifadə etmiş olsam, öyrəndiyimin öyrədənə cavabıdır. Deməli, söhbət o labirintin içindəki dərsdən gedir, həyat dərsindən, fikri çözməyi öyrənmək........

© Ədalət