Burnumun ucunu göynədən kitab -  Əbülfət MƏDƏTOĞLU yazır

Aqil Abbasın yeni kitabı işıq üzü gördü

Mənə görə kitab, qəzet, bütövlükdə özündə fikri yazılı şəkildə çatdıran hər bir nümunə həm də müəllifin, yəni yazı sahibinin müəyyən hissəsidir. Təbii ki, söhbət ruh, hiss, duyğu və ürəkdən gedir. Bu mənada oxuduğum hər bir yazı nümunəsini müəlliflə söhbətim, dialoqum, təmasım kimi qəbul edirəm.

Deyə bilərsiniz ki, axı, həmişə söhbət alınmır. Haqlısınız, sizinlə razıyam. Amma...

Gəlin etiraf edək ki, alınmayan söhbətlərin də içərisində bəzən elə nüanslar olur ki, uzun zaman unutmursan, yanından keçib gedə bilmirsən. Çünki əvvəldə dediyim kimi, məsələnin mahiyyəti yazıdan, onun yaratdığı auradan, etdiyi təsirdən ibarət olur. Və bu da adamı tutub saxlayır. O yerdə ki, orda işıqlı nəsə var. 

Sizinlə həmsöhbət olmağa hazırlaşdığım bu məqamda masamın üzərindən bir kitab baxır mənə tərəf. Onun canından hələ mətbəə qoxusu “pırr” edib heç uçmayıb da. Zənnimcə, o kitaba ilk toxunan da mənəm. Özü də sevgiylə, istəklə, maraqla. Çünki bu kitabın içərisində yer almış bir-birindən maraqlı povest və hekayələrin demək olar ki, hamısının dünyaya gəlişinin də şahidi olmuşam, mətbəəyə yola düşməyinin də. Ona görə də bu iki prosesin yekunu olan çapın ifadə etdiyi kitab formasını görməkdən məmnunam. Hətta mən adətimə uyğun olaraq, qarşılaşdığım hər təzə kitabı az qala ordudan qalib gələn əsgər səviyyəsində, ona bərabər səmimiyyətdə qarşılayıram. Çünki kitab artıq bütövlükdür, duyğuların, hisslərin böyük silsiləsinin toplusudur. 

“Burnumun ucunu göynədən günlər” adlı bu kitab mənə görə, Qarabağın, xüsusilə, Ağdamın sözə hopmuş ovqatıdır. Kitabdakı povest və hekayələr oxucunu........

© Ədalət