85-Cİ BAHARIN GÖZAYDINLIĞI - Əbülfət MƏDƏTOĞLU yazır |
Təbrik ovqatlı düşüncələr
Mənim üçün inandığım və əmin olduğum bir həqiqət var. Bu da hər bir qələm adamının özünü yazmağıdır. Yəni istər nəsr, istər nəzm sahəsi olsun, burada qələm çalan, oxucu ilə təmas quran hər kəs özünü və öz sözünü deyir, çatdırır. Sadəcə olaraq, deyim üslubları, həmçinin fikrin özü söz sahibinin istedad və qabiliyyətindən, həyat təcrübəsindən qaynaqlanır və ona da söykənir.
Bu mənada yaradıcılığına bələd olduğum, imzasını zaman-zaman izləyib və həm yazıçı, həm də şair kimi dəyər verdiyim Şövkət xanım Zərinin kitabxanamda olan ədəbi nümunələri yurd niskili ilə, Qarabağ həsrəti ilə, yaşadığımız 30 illik Vətənsizliyimizlə bağlı ağrılar xatırlananda, necə deyərlər, ötən günlər göz önünə gələndə dərhal məni özünə çəkir. Bunun da iki səbəbi var. Təbii ki, bu səbəbi mən özüm üçün müəyyənləşdirmişəm. O səbəblərdən biri Şövkət xanımın da Vətəndə mənim kimi vətənsiz yaşamasıdır. Bir az da açıqlasam 30 il Cəbrayıla həsrət qalmaq, Horovlu kəndini ziyarət edə bilməmək niskilidir.
İkinci səbəb isə Şövkət xanımın keşməkeşli həyatı və onun bu həyatdan misqal-misqal qopub sözə çevrilən yaradıcılığıdır. Çünki Şövkət xanım öz həyatında kifayət qədər sıxıntılar yaşamış yaradıcılarımızdan, aydınlarımızdan biridir. O, 1941-ci ildə Cəbrayıl rayonu Horovlu kəndində doğulub. Ona görə Sovet-Alman müharibəsinin də acılarından dadıb. Sonra həyat elə gətirib ki, ölkə hüdudlarından kənarda yaşayıb,........