“ÖMÜR NAĞILI”NIN İÇİNDƏKİ ƏKS-SƏDASI - Əbülfət MƏDƏTOĞLU yazır

Bədii ədəbiyyat həm də sözün  kağıza köçürülməsidir. Və uzun, bəzən də qərinələr aşan yaşam haqlı nümunəyə çevrilməsidir. Bəlkə də bu fikir hardasa kimlərisə razı salmayacaq.  Amma mənə görə bu bir həqiqətdir. Çünki  mən bu fikrimdə faktlara söykənirəm. Oxuduğum memuarlar, eləcə də sənədli-bədii nümunələr məndə bu fikri formalaşdırır. Ən çox sevdiyim əsərlərdən biri unudulmaz yazıçımız Manaf Süleymanovun qələmindən çıxan və Bakını mənə yenidən tanıdan möhtəşəm əsəridir. Bax, elə dəyərli və unudulmaz yazıçılarımız  Həsən Seyidbəyli və İmran Qasımovun birlikdə yazdıqları xatirləri də, səfər təəssüratları da, Novruz Nəcəfoğlunun, Hüseynbala Mirələmovun Sinqapur, Çin səfərləri və digərlərinin bu mövzularda təəssüratları da məni qiyabi olaraq o yerlərə aparıb çıxarır…

Bütün bunları yazmaqda məqsədim bədii ədəbiyyata olan baxışımın təsdiqlənməsidir.  Və bu da mənim son vaxtlar oxuduğum, lap dəqiq desəm, ötən ilin sonuncu 10 günlüyündə oxuyub bitirdiyim bir  xatirə-romanla bağlıdır. 

Bəlkə də kimlərsə artıq oxuyubdur. Onların da özəl fikirlərinə hörmətim var. Amma bu məqamda öz düşüncələrimi kağıza köçürmək istəyirəm. Özü də minnətdarlıqla.

“Ömür nağılı” xatirə-romanının müəllifi tanınmış yazıçı-publisist, şair Şövkət Zərin Horovludur. Elə buradaca vurğulayım ki, mən hörmətli Şövkət xanımın  şeir kitablarının bir neçəsini zamanında oxumuşam və kitab rəfimdə də öz yerini tutub. Onun şeirləri barədə oxucu fikirlərimi mətbuatda yayımlamışam. İlk dəfə idi ki, mən bu xanım müəllifin iri həcmli nəsr əsərini oxuyurdum.  Bu da səbəbsiz olmadı. Kitabın adı məni özünə çəkdi: 
- “Ömür nağılı”. Özü də xatirə romanı!!!

Adətən “ömür” sözü, “ömür” fikri cəlbedici olur.........

© Ədalət