We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close
Aa Aa Aa
- A +

Əbülfət MƏDƏTOĞLU: XİLASKARLAR

3 0 11
15.02.2019

Yaşadığımız dünyanın problemləri o qədər bir-birinə dolaşıb, düyün düşüb ki, saatlarla oturub baş sındırsam da, o düyünün bircəciyini də olsa aça bilmirəm. Və belə olan halda özümü həm gücsüz, həm kimsəsiz, həm də ümidsiz sayıram. Elə bil ki, ovcumun içində olanın sağına, soluna, dörd tərəfinə elə ovcumun içində fırlada-fırlada baxıb ona harda müdaxilə edəcəyimi tapa bilmədiyimin təəssüfünü, bacarıqsızlığını yaşayıram. Qınayan olmasa təkcə yumruqlarımı deyil, lap başımı da divara döyərəm ki, bu gəlimli-gedimli dünyanın oyunlarından canım qurtarsın. Elə bu yerdə də yadıma düşür ki, can Allah əmanətidi. Ondan qurtulmağın izni Allahdan gəlməlidir...

Bəli, indi oturub siz də fikirləşəcəksiniz ki, yəqin Mədətoğlu alimlik, filosofluq eşqinə düşüb dünyanın haqq-hesabını çəkmək, dəyərləndirmək istəyir.

Amma tövbələr olsun ki, belə bir xəyalım da yoxdur. Sadəcə olaraq, baş verənlərin, müşahidə etdiklərimin əks-sədası, fəsadları istər-istəməz məni də haldan çıxarır və mən də düşünmək məcburiyyətində qalıram.

Təbii ki, düşündüklərimin müəyyən hissəsi təkcə mənə dəxli olan məsələlər deyil. Bu, bütün bəşəriyyətə, bütün insanlara isti-soyuğu keçən məqamlardı.

Düzdür, bu yerdə köhnə kişilərin bir sözü yadıma düşür. Həmin o köhnə kişilər demişdilər ki, "elnən gələn toy-bayramdı" (!!!). Bu təəccüb hissimin bir yozumu da ondan ibarətdir ki, adamın el-obası olmalıdı də?! Axı mən bu məsələdə də toy-bayram ovqatında deyiləm, səpələnibdi bütün Azərbaycana elim, obam. Deməli, ümidimin şam kimi əriməsinin bir ucu da gedib çıxır Vətəndə vətənsizliyə...

Hə, əriyən, tükənən ümidsizliyin içərisində ağlıma gələn məqamlardan biri də budur ki, özüm-özümə söylədiklərimi sənə də, elə bütün oxuculara da çatdırım.

Deyim ki:

Məndən heç nə gözləmə

Sönübdü ümidlərim...

Külək sovuran külə -

Dönübdü ümidlərim...


Ruhum kədər geyinib

Bəlkə min yol deyinib...

Qədəminə əyilib -

Enibdi ümidlərim...


Söz qalmayıb dil dəyə

Haqq da baxmır diləyə!

Kirpikdəki giləyə -

Çönübdü ümidlərim...


Qəm bəzənə, darana

Çəkəm dağa,........

© Ədalət