We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close
Aa Aa Aa
- A +

QARA rəngin "sevdalıları"

0 0 1
11.07.2018

Yaxud dövlətə və xalqa qarşı xəyanət edənlər ən sərt şəkildə cəzalandırılmalıdır!!!
Yenə başlayıblar, yenə bu ölkəni qaraya bürümək üçün yeni qanlı planlar qurur, ətrafımızda tor hörməyə çalışırlar. Düşmənlərimizi deyirəm. Bizi sevməyən, bizim uğurlarımızı həzm edə bilməyən, BİZİ – yəni AZƏRBAYCANI qüdrətli deyil, başqa güclərdən asılı olan zəif bir ölkə kimi görmək istəyən düşmənlərimizi...
Düşmənlərimizin və onların daxilimizdəki buyruq qullarının yeni planının kod adı isə "GƏNCƏ"dir! Bəli, düşmənlərimizin bizə zərbə vurmaq üçün bu dəfə Gəncəni seçməsi heç də təsadüfi deyil. Bu il müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümüdür. O Cümhuriyyət ki, 1918-ci il mayın 28-də elan olunsa da, Bakının bu dövlətin paytaxtı olması üçün sentyabra qədər gözləməli olmuşdu. Həmin müddət ərzində isə Gəncə Azərbaycan Xalq Cümhuriyyətinin müvəqqəti paytaxtı kimi tarixə düşmüşdür. Məhz Gəncədən başlanan uğurlu yürüş və döyüş əməliyyatları ilə bolşevik-daşnak qüvvələrini darmadağın edən Qafqaz İslam Ordusunun qüvvələri 1918-ci il sentyabrın 15-də Bakını işğalçılardan azad etmişdi. Yəni bu il həm də Bakının bolşevik-daşnak işğalçılarından azad olunmasının 100-cü ildönümünü də qeyd edəcəyik ki, bu tarixə də Gəncənin adı qızıl hərflərlə yazılıb.
Və istər həmin vaxt Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasını süngü ilə qarşılayan, istərsə də ötən əsrin doxsanıncı illərinin əvvəllərində yenidən dövlət müstəqilliyimizin elan edilməsindən rahatsız olan düşmənlərimiz bu 100 illik yubileylərlə zəngin 2018-ci ildə bizə məhz Gəncədə qurşaqdan aşağı zərbə vurmağa qalxdılar. Onlar elə bildilər ki,........

© Yeni Azərbaycan