We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close
Aa Aa Aa
- A +

Şimali Qafqaz xalqları və Azərbaycan arasında dostluq və qardaşlıq münasibətləri sarsılmaz əsaslara söykənir

5 0 0
14.03.2019

Prezident İlham Əliyevin apardığı dini, mədəni və mənəvi əməkdaşlığa əsaslanan siyasət nəticəsində Azərbaycan Qafqaz xalqlarının ümumi dəyərlər ətrafında birləşməsində əhəmiyyətli rol oynamaqdadır
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin milli maraqlara əsaslanan, səmərəli və praqmatik xarici siyasət həyata keçirməsi dövlətimizin region ölkələri ilə və beynəlxalq müstəvidə əməkdaşlığına mühüm töhfələr verir. Ölkəmiz hazırda regional güc mərkəzi kimi bölgədə sülhün və təhlükəsizliyin təmin olunması üçün dayaq nöqtəsi, ən perspektivli tərəfdaş hesab edilir. Bu baxımdan, ikitərəfli və çoxtərəfli münasibətləri uğurla davam etdirən Azərbaycanın xarici siyasət kursunda Rusiya Federasiyası ilə bütün sahələrdə qarşılıqlı əməkdaşlığa əsaslanan yüksəksəviyyəli münasibətlər mühüm yer tutur. Digər tərəfdən, ən yüksək səviyyədə həyata keçirilən qarşılıqlı səfər və görüşlər iki ölkə arasındakı münasibətlərin inkişafında əhəmiyyətli rol oynayır.
Azərbaycan-Rusiya münasibətlərinin inkişafı, eyni zamanda, regionun tərəqqisi, həmçinin bölgədə sülhün və təhlükəsizliyin təmin olunması baxımından da müstəsna əhəmiyyətə malikdir. Ümumiyyətlə, Azərbaycan-Rusiya münasibətləri strateji tərəfdaşlığa, dostluq və mehriban qonşuluq prinsiplərinə əsaslanan uğurlu siyasət nəticəsində daim inkişafdadır. Sözsüz ki, iki qonşu ölkə kimi Rusiya və Azərbaycanı həmsərhəd regionların xalqlarının tarixən formalaşmış dini, mədəni və mənəvi münasibətlərindən irəli gələn möhkəm dostluq və əməkdaşlıq ənənələri bağlayır. Bu kontekstdə Azərbaycanla Rusiya arasında siyasi, humanitar və mədəni əlaqələr də çox uğurla inkişaf edir.
Azərbaycan ilə Rusiya arasında münasibətlərin yüksələn xətlə inkişafında mühüm rol oynayan əhəmiyyətli amillərdən biri də regionlararası əlaqələrin intensiv xarakter daşımasıdır. Hazırda Azərbaycan ilə Rusiyanın regionları arasında çox fəal əməkdaşlıq münasibətləri formalaşıb ki, bu da iki ölkə arasında çoxşaxəli əlaqələrin inkişafı baxımından mühüm əhəmiyyətə malikdir.
Azərbaycan və Rusiya arasında fəal əməkdaşlıq münasibətləri mövcuddur
Qafqaz xalqları tərəfindən vaxtilə birmənalı şəkildə regionun ağsaqqalı kimi qəbul edilən Ümummilli Lider Heydər Əliyevin Şimali Qafqaz xalqlarına münasibətdə göstərdiyi diqqət və qayğı, Onun layiqli davamçısı olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qafqazda düşünülmüş şəkildə apardığı dostluq, qardaşlıq və əməkdaşlığa əsaslanan siyasəti nəticəsində Azərbaycan Qafqaz xalqlarının ümumi dəyərlər ətrafında birləşməsində əhəmiyyətli rol oynamaqdadır. Dövlət başçımızın Rusiyanın Şimali Qafqazdakı subyektləri ilə hərtərəfli əlaqələrin inkişafı istiqamətində ardıcıl xəttə əsaslanan siyasəti regionda bizimlə ortaq dini, milli, mədəni və mənəvi dəyərlərə malik olan xalqlar tərəfindən yüksək qiymətləndirilir. Təbii ki, bu dəyərlərin daşıyıcılarında ümumi fikrin formalaşmasında xalqlarımızın mənimsədiyi milli, dini və mədəni birlik, həmçinin həmrəylik amilləri əsas rol oynayır.
Təsadüfi deyil ki, ötən ilin noyabrında Rusiya Federasiyasının Çeçenistan Respublikasının başçısı Ramzan Kadırovın Bakıya səfəri zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xüsusi olaraq qeyd etmişdi ki, bizim Çeçenistan Respublikası və Şimali Qafqazın digər respublikaları ilə münasibətlərimiz Azərbaycanla Rusiya arasında münasibətlərin mühüm amilidir: “Siz bilirsiniz ki, bu münasibətlər uğurla inkişaf edir. Biz strateji tərəfdaşlarıq. Dövlət başçılarının çoxlu səfərləri olub. Son beş ildə Rusiya Prezidenti Azərbaycana dörd dəfə səfər edib və bu ilin sentyabrında mən də Rusiyaya səfər etdim, o da Azərbaycana gəldi. Biz çox fəal qarşılıqlı fəaliyyət göstəririk və çox yüksək etimad səviyyəsi mövcuddur”.
Yeri gəlmişkən, bu il fevralın 1-də Bakıya səfər edən Rusiya Federasiyasının Qaraçay-Çərkəz Respublikasının başçısı Rəşid Temrezovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edərkən Azərbaycan Prezidenti İlham Əliyev bir daha Azərbaycan və Rusiya prezidentləri arasında mövcud olan qarşılıqlı etimadın əlaqələrimizin genişlənməsində xüsusi rol oynadığını qeyd edib. Prezident İlham Əliyev, eyni zamanda, Azərbaycan Respublikasının Rusiya Federasiyasının ayrı-ayrı regionları, o cümlədən ümumi tarixi-mədəni dəyərlərə malik olduğumuz Şimali Qafqaz regionu, eləcə də Qaraçay-Çərkəz Respublikası ilə sıx əməkdaşlığının Azərbaycan-Rusiya münasibətlərinin inkişafına töhfə verdiyini deyib.
Qafqaz müsəlmanları arasında birliyi və həmrəyliyi pozmaq cəhdləri iflasa uğradı
Son dövrlər Şimali Qafqaz respublikaları başçılarının Azərbaycana səfərləri, eyni zamanda, Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin Şimali Osetiya Respublikasının paytaxtı Vladiqafqaza səfəri, vaxtilə bu şəhərdə azərbaycanlı messenat Murtuza Muxtarovun tikdirdiyi məscidin Azərbaycan Prezidentinin birbaşa diqqət və qayğısı, dövlətimizin maliyyəsi hesabına təmir edilməsindən sonra açılışında iştirakı bu münasibətlərin yüksək səviyyədə olduğunun göstəricisidir. Buna baxmayaraq, son dövrlər baş verən bəzi xoşagəlməz hadisələr göstərdi ki, Qafqaz xalqları arasında, o cümlədən Qafqaz müsəlmanları arasındakı birliyi və həmrəyliyi gözü götürməyən qüvvələr var. İşğalçı Ermənistanın kəşfiyyat orqanlarının lehinə çalışan həmin qüvvələr Qafqaz müsəlmanları arasındakı tarixi köklərə əsaslanan qardaşlıq və mehriban qonşuluq əlaqələrini pozmaq, son nəticədə Rusiya-Azərbaycan münasibətlərinə kölgə salmağa cəhd etdilər. Moskvada çeçenlər və azərbaycanlılar arasında qarşıdurma yaratmaq........

© Yeni Azərbaycan