We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close
Aa Aa Aa
- A +

“Soros”un uşaqları yeni tapşırıq alıblar, yaxud köhnə xaossevərlər yeni libasda

3 0 0
12.06.2018

Müstəqilliyimizin ilk illərində milli mətbuatımıza yerli “reketçilik” ənənəsi gətirənlər bu gün Azərbaycan dövlətinə qarşı “reketçilik” etmək xəyalına düşüblər
Suyun üstündə belə gəzsəniz, bədxahlarınız sizi üzməyi bacarmamaqda günahlandıracaqlar. Çünki onlar yaxşı heç nəyi görmürlər, ya da görmək istəmirlər. Kim bilir, bəzən heç belələrini qınamaq da lazım deyil. Nə etmək olar, onlar da belədirlər. Fitrətən yaxşı şeyi qiymətləndirmək hissi onlara yaddır deyib üstündən keçmək olar. Ancaq suyun üstündə gəzməyin böyük bir istedad, tərifəlayiq bir məsələ olduğunu bilib, sadəcə, bədxah niyyətlə deyil, kimlərinsə sifarişi və yaxud nəyinsə müqabilində tənqid edilirsinizsə, artıq məsələnin mahiyyəti tamamilə dəyişir. Deməli, burada, sadəcə, bədxahlıqdan deyil, qərəzdən, hansısa qaranlıq məqsədlərdən və pis niyyətlərdən söhbət gedir. Hələ üstəlik hədəf kimi bir millətin milli mətbuatı onun ictimai-siyasi maraqları seçilirsə, burada məqsəd və niyyətlər daha təhlükəlidir və daha uzaq perspektivlərə hesablanıb. Elə Azərbaycanda fəaliyyət göstərən özlərini “Media Klubu” adlandıran Mehman Əliyevlərin, Arif Əliyevlərin etdikləri kimi...
“Media Klubu” yox, informasiya savaşında düşmən səngərində yer alan manipulyatorların klubu
Bu günlərdə “Amerikanın səsi” radiosunun elektron səhifəsində Azərbaycanda fəaliyyət göstərən hansısa “Media Klubu”nun təşkil etdiyi konfrans haqqında məlumat verilib. Belə məlum olub ki, həmin konfransda bütövlükdə Azərbaycan milli mətbuatı, Azərbaycan dövlətinin KİV-ə və internet mediaya münasibəti qərəzli olaraq tənqid edilib. Uzun illər “Soros” fondundan milyonlar qoparıb mənimsəyən “qrantoyed”lər və şər, böhtan, şantaj yolu ilə pul qazanan “reket” media nümayəndələri, bir sözlə, Azərbaycan mətbuatının qarınaltı yükünə çevrilmiş hoqqabazlar sözügedən klubda bir araya gələrək Azərbaycan dövlətinə, Prezident İlham Əliyevin media və informasiya siyasətinə müharibə elan etməyə çalışıblar. Bu mediamızın axsaqları Azərbaycanda mətbuat böhranı olduğunu iddia edib və bütün bunlara görə də Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovu və onun rəhbərlik etdiyi şöbəni günahlandırıblar.
Hər şeydən əvvəl qeyd etmək lazımdır ki, postmodernist cəmiyyətlərin əsas səciyyəvi xüsusiyyəti onun informasiya cəmiyyəti kimi xarakterizə olunmasıdır. İnformasiya cəmiyyətində isə informasiya ən effektiv silah, yaxud “yumşaq güc”dür. Ona görə də hər bir milli dövlət öz informasiya resurslarından milli maraqları qorumaq üçün istifadə etməyi bacarmalıdır. Əks təqdirdə, milli informasiya məkanında informasiya xaosu yaratmaqla ictimai şüuru manipulyasiya edirlər. Bunu edən güc mərkəzləri, məsələn, elə “Amerikanın səsi” və s. kimi transmilli media vasitələrindən, yaxud internet resurslarından istifadə edir, dövlət-vətəndaş münasibətlərində söz, mətbuat azadlığı, insan hüquqları, demokratiya kimi məsələləri istismar etməklə, vətəndaşları öz dövlətinə və milli maraqlarına qarşı “silahlandırır”lar. Nəticədə milli dövləti zəiflədərək öz iradələrinə tabe edirlər. Bundan sonra isə imperializmin vassalına çevrilən ölkəyə idarəolunan xaos nəzəriyyəsinə söykənərək........

© Yeni Azərbaycan