We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close
Aa Aa Aa
- A +

İflasın qisası, yaxud Gəncə terroruna sözardı

0 0 0
11.07.2018

Gəncədə yaşananlar dini libas geymiş siyasi terrordur. Nəyə görə Gəncə? Çünki şəhər müasir dövlətçilik ənənələrimizin formalaşmasında və dəyər qazanmasında müstəsna pay sahibidir. Dövlətçiliyimizə qəsd cəhdinin törədilmə məkanı təsadüfən seçilməyib. Görünür, kimlərsə nəyisə mesaj verir...

Heç şübhəsiz, polis zabitləri İlqar Balakişiyevi və Səməd Abbasovu qətlə yetirən əllərlə icra başçısı Elmar Vəliyevə güllə atan əl eyni mərkəzdən idarə olunur. Burada barmaqlar da var ki, onlar prosesə monitor önündən klaviatura döyəcləməklə “dəstək olurlar”. Söhbət anarxist ruhlu bəzi sosial şəbəkə profillərinin və mövsümü xarakter daşıyan saytların anti milli fəaliyyətindən gedir.

Labirintdə bir maraqlı tərəf də siyasi müxalifətdir. Müxaliət təmsilçiləri əllərinə düşən ilk fürsətdəcə hakimiyyətə qarşı kin və qəzəb püskürür, illərdən bəri düçar olduqları uğursuzluqların sanki heyfini alırlarmış kimi davranır, müxtəlif arqumentlər irəli sürməklə əsl mahiyyəti kölgələmək yolu tuturlar. Ortada Azərbaycana qarşı yönəlmiş məkrli oyun var. Siyasi müxalifətin bu oyunda yer alması mənfi tendensiyadır və əslində düşərgənin gələcək məğlubiyyətlərini şərtləndirən məqamdır. Müxaliflik bir yerə qədər olmalıdır. Gəncə ümumdövlət maraqları baxımından vəhdət tribunasıdır. Təəssüf ki, əks düşərgə bu tribunada təmsilçilikdənsə inkarçılığı üstün tutdu.

Müstəqillik illərində Azərbaycandakı asayişi pozmağın ən mühüm vasitəsi məhz dini təxribatlar olub. “Hicab aksiyası” və Əbu Bəkr məscidi ətrafındakı qalmaqal, habelə bir neçə ay öncə Hacı Cavad məscidi ilə bağlı yaranmış insident yaddaşlardan silinməyib. Sual yaranır: nəyə görə məhz din? Cavab sadədir - Azərbaycan müsəlman ölkəsidir və ümumən müsəlman ölkələrində etiqad və vicdan azadlığı kontekstində təfriqələr yaratmaq, mövcud xüsusda nələrisə mübahisələndirərək etirazçı kütlə hazırlamaq işi asandır. Prosesin Yaxın və Orta Şərq........

© Teleqraf