Yazmamaq olmur.

İndi hər kəsin hər şeyi yazmaq imkanı var. Yazırlar, əllərinin içindən gəlir. Yazı-mətn ekologiyasının qorunmasına tərəfdar biri kimi mən adətən "daha dayanmaq mümkünsüz olanda" beş-altı kəlmə qondarmağa çalışıram.

ABŞ-ın, Qərbin son çabaları fonunda bir-iki kəlmə deməyə əşhədü-ehtiyac duydum: "Onlar"ı Xankəndiyə, Şuşaya, külli Qarabağa buraxa bilmərik, buraxmalı deyilik, buraxmayacağıq da. Bu məsələ bitməlidi. Bu məsələnin kökündən, birdəflik həll olunmasına imkanı yaranıb, bir də bu fürsət ələ düşəcəkmi?

İkincisi, bütöv Zəngəzuru olmasa da, cəmi 3 illiyə Azərbaycan rəhbərliyinə, ola bilsin, məhz bu missiya üçün gətirilmiş "bədnam"ın əliyə 1929-cu ildə təhvil verilmiş Mehrini geri ala bilərdik!

Üçüncü. Tez-tez, dəfələrlə, bəlkə də hər yerdə eşitdiyimiz bir "tezis"in boşa çıxdığını bugünlərdə həyəcanla izləməmək mümkün deyil.

Deyirdilər: torpaqlar alınsa da, onlar, yəni məcburi köçkünlər, yəni qarabağlılar, yəni laçınlılar, zəngilanlılar, kələbəcərlilər, füzulilər, ağdamlılar... geri qayıdan deyillər, qayıtmayacaqlar. Yalanmış. Böyük yalan.

İllərlə Bakıda yaşamış, jurnalistikayla məşğul olmuş, son illər bizimlə bir yerdə işləyən Yeganə Quliyeva sakit-səssiz, demək olar ki, heç kəsə xəbər eləmədən Laçına qayıtdı, Bakıda bütün rahatlığını, iş yerini elə Bakıya da təhvil verib Qarabağa döndü... Daha heç nə demirəm, susuram,

...vergüllə.

Əvvəl dediyimi sonda bir də deməklə son qoyuram sözümə:

Namərdləri daha Qarabağa buraxmaq olmaz!

QOSHE - Vergüllə susuram, Yeganə... - Qurban Yaquboğlu
menu_open
Columnists Actual . Favourites . Archive
We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close
Aa Aa Aa
- A +

Vergüllə susuram, Yeganə...

9 0
16.11.2023

Yazmamaq olmur.

İndi hər kəsin hər şeyi yazmaq imkanı var. Yazırlar, əllərinin içindən gəlir. Yazı-mətn ekologiyasının qorunmasına tərəfdar biri kimi mən adətən "daha dayanmaq mümkünsüz olanda" beş-altı kəlmə qondarmağa çalışıram.

ABŞ-ın, Qərbin son çabaları fonunda bir-iki kəlmə deməyə əşhədü-ehtiyac duydum: "Onlar"ı Xankəndiyə, Şuşaya, külli Qarabağa buraxa........

© Teleqraf


Get it on Google Play