We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close
Aa Aa Aa
- A +

Yusif üzlü kitablar

4 0 0
11.01.2018

("Ruhlar şəhəri” kitabından)


Vahid Qazi


Biz tanış olanda 12 yaşımız vardı. Sinfimizə 1980-ci ilin payız tətilindən sonra gəlmişdi. İndi adama elə uzaq görünür ki 1980-ci il. Elə bil 38 yox, 3800 il keçib. İnsanın xəyal ölçülərində min il nədi ki… Bu gün kimi xatırlayıram indi Yer üzündən silinmiş o şəhəri, uşaqları dünyaya səpələnmiş o sinfi, o məktəbi. Xatirələrin ən duru yerində qalan 12 yaşlı Yusifi.


Sabah Yusif Rzayevin 50 yaşı tamam olur. Bu uzaq eldə təbrik üçün əlim nəyəsə çatmadı. Şəhərimizin kitab dünyasına onun gözüylə baxdığım bu essedən savayı.


Yubileyin mübarək, Yusif!




Yusif üzlü kitablar. ("Ruhlar şəhəri” kitabından)


7 Noyabr 1980-ci il Böyük Oktyabr Sosialist İnqilabının növbəti ildönümü kimi, həmin günün səhəri Rzayev Yusif Məmməd oğlunun (indi "525-ci qəzet”in baş redaktor müavinidi) Ağcabədinin Rəncbərlər kənd orta məktəbindən sinfimizə gəlişi də əlamətdar hadisə idi. İndinin gözüylə baxsaq, Yusifin gəlişi Oktyabr inqilabının missiyası ilə müqayisədə humanizm mücəssəməsiydi. Hər halda milyonlarla insanın taleyini alt-üst eləyən inqilabdan fərqli olaraq bu gəliş mənim həyatıma yeni rəng qatdı.


Sərt sifət cizgiləri, uca və yoğun səsi, oturuş-duruşu, xüsusilə qəribə ləhcəsi 1 nömrəli kimi "bərkgedən” şəhər məktəbi üçün çox qaba görünsə də, tezliklə mühitə öyrəşdi, uşaqlarla ayaqlaşdı, çox ağzıgöyçəyin ağzından vurdu, əlaçılar sırasına qoşuldu, istər sinifdə, istərsə də məktəbdə xüsusi qabiliyətiylə seçildi. Hərəkət və düşüncə sərbəstliyi, kəndli sadəliyi və səmimiyyətinə yaşından xeyli böyük şeirlər yazmaq istedadını da əlavə etsək, necə bir adamla dostlaşdığımı ta özün təsəvvür elə!


Məktəbin "bosman” ləqəbli direktor müavini Ənvər müəllim (Allah rəhmət eləsin, həqiqətən də məktəbin bosmanı idi) yaxşı oxuyan şagird kimi mənimlə dostluq eləməyi ona məsləhət görübmüş. Elə yolumuzun bir olması, qonşuluğumuz da dostluq tellərinin tez bağlanmasında vacib şərtlərdən oldu.


***


Böyüklərimiz "Lenin yolu” adlı rayon qəzetinin şöbə müdiri Həsən Qəhrəmanovdan........

© Qaynar