We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close
Aa Aa Aa
- A +

Elzanı şairə edənlər

2 1 0
12.09.2017

Rəşad ERGÜN

5-6 gün əvvəl idi, taksiyə əyləşib, işə gedirdim. Xoşbəxtlikdən, sürücü bayağı, zövqsüz musiqi pərəstişkarına oxşamırdı. Radionu açmışdı və xanım aparıcının ifasında xəbərlərə qulaq asırdıq. Və birdən... Xəbər təxminən bu cür idi:

“Tovuzda it bir uşağı dişləyib. Xəstəxanaya yerləşdirilən azyaşlının vəziyyətinin normal olduğu deyilir”.

Bu, nədi? Xəbərdimi? Jurnalistikadımı? Niyə bu günə düşdü jurnalistika? Kim etdi, niyə etdi, necə etdi?

Uşaq vaxtı məni nə az, nə çox, düz iki dəfə it dişləyib. Hələ mən kəndimizdə it dişləməsinə görə “Ginnesin rekordlar kitabı”na düşə biləcək başqa uşaqları demirəm. İtlərin dişlərini 5, hətta 6 dəfə bədənində hiss edənlər olmuşdu. Elə indi də çoxdan ayrıldığım kəndimizdə itlər var və bu sədaqətli heyvanlara hələ də insanları dişləməyin yaxşı bir şey olmadığını başa salan olmayıb.

Bəs Elza Seyidcahana nə deyirsiz? “Elza Seyidcahanın ərə vermək istədiyi pişiyi xərçəngdi, xəstəxanaya yerləşdirilib” - bu, xəbərdimi?........

© Qaynar