Təkcə Azərbaycanda yox, dünyanın bir çox ölkələrində vaxtaşırı ölüm hökmünün bərpası və yaxud da qalması ilə bağlı təkliflər səslənir. Bu da təsadüfi deyil, çünki cəza cinayətə adekvat olmalıdır və insanların bir çoxu belə hesab edir ki, başqalarının həyatına qəsd etmiş insanlar üçün ən adekvat cəza yalnız ölüm hökmü ola bilər.


Amma burada bir məqama diqqət yetirmək lazımdır: əslində ömürlük həbs daha ağır cəzadır. Ölüm hökmü verilən adam ölüb gedir, ömürlük həbs cəzası alan adam isə hər gün ölür.


Ona görə ki, əslində insan üçün azadlıqdan ömürlük məhrum olunmaqdan ağır cəza yoxdur – bu adamlar daha heç bir vaxt aydın səmaya baxıb rahat nəfəs almayacaqlar. Ən əsası budur ki, bu adamlar insan üçün ən əsas şeydən – ümiddən məhrum edilirlər. Bəli, onlar başa düşürlər ki, ümid etməyə dəyməz, daha heç vaxt azad ola bilməycəklər.


Bizim Azərbaycana gəldikdə isə, bizdə də ölüm hökmü ləğv olunandan sonra tez-tez bu mövzuya qayıdılır və insanlar ölkənin Avropa Şurasına qəbul olunması zamanı ləğv olunmuş ölüm hökmünü yenidən bərpa etməyə çağırırlar. Belə çağırışlar indiki məqamda, ölkədə keçmiş Dağlıq Qarabağın separatçı erməni canilərinin mühakiməsi zamanı heç vaxt olmadığı kimi aktual görünür. Ona görə ki, bu cəlladlar yüzlərlə insanı həyatdan məhrum ediblər, on minlərlə insanı yurd-yuvasından didərgin salıblar, Azərbaycana milyardlarla dollarlıq ziyan vurublar, onun kəndlərini, şəhərlərini dağıdıblar! Ona görə də insanlar belə hesab edirlər ki, bu canilər üçün adekvat cəza yalnız ölüm hökmü ola bilər.


Biz burada bir daha əvvəlki mülahizələrimizə qayıtmayacağıq – həqiqətən də çox çətin məsələdir, həm də ona görə ki, müharibə canilərinə qarşı qurulan beynəlxalq məhkəmələrdə də ən ağır cəza kimi məhz ölüm hökmü tətbiq olunub.


Amma bir daha deyirik ki, azadlıqdan və ümiddən məhrum olmaq heç də kiçik cəza deyil.


Ona görə də erməni qatillərini bir tərəfə qoyub, məsələnin fəlsəfi aspektinə də toxunmaq istərdik. Avropa ölkələrinin birində məhkəmələr iclaslarını bir neçə yüz il bundan əvvəl ölüm cəzasına məhkum edilmiş bir nəfərin – səhv etmirəmsə, bir çörəkçinin xatirəsini yad etməklə başlayırlar. Bəli, bu adama ölüm cəzası verilibmiş. Məlum olanda ki, o, təqsirkar deyilmiş, artıq gec imiş, cəza icra olunubmuş. Ona görə də məhkəmələr heç cür öz səhvlərini düzəldə bilməyiblərmiş.


Həm də ölüm cəzasından söz düşəndə insanlar ən azı daha iki cəzanı – İsa peyğəmbərin çarmıxa çəkilməsini və Sokratın zəhər içməyə məcbur edilməsini xatırladılar. Bəli, ölüm hökmü olmasaydı, İsa peyğəmbər çarmıxa çəkilməzdi, Sokrat zəhər içməzdi. Ona görə də burada belə bir nəticə çıxarmaq olar ki, ölüm hökmü bir çox hallarda daha adekvat qərar olsa da, müəyyən risklərə də yol açır. Belə risklər siyasi təlatümlər zamanı daha çox olur – Böyük Fransa İnqilabı zamanı nə qədər insan əsassız olaraq gilyotinadan keçməli oldu.


Ona görə də çox çətin problemdir bu. Biz də iki əlli razıyıq ki, erməni cəlladları üçün ən adekvat cəza ölüm hökmü ola bilərdi. Amma qardaş Türkiyədə də eyni qəbildən olan caniyə - Abdulla Öcalana məhz ömürlük həbs cəzası verdilər. Düşünmürük ki, Ocalan öldürülmədiyinə görə, ömürlük həbsə atıldığına görə şaddır. Yox, belə deyil. Bu cani də gündə min dəfə ölüb-dirilir. O da daha heç vaxt aydın səmanı görməyəcək, aydın səmaya baxıb rahat köks ötürməyəcək, öz doğmaları və yaxınları ilə bir masa ətrafında əyləşməyəcək.


Hüseynbala Səlimov

QOSHE - Ölüm hökmü: düzəlməz səhvlərə yol verməmək üçün... - Hüseynbala Səlimov
menu_open
Columnists Actual . Favourites . Archive
We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close
Aa Aa Aa
- A +

Ölüm hökmü: düzəlməz səhvlərə yol verməmək üçün...

9 0
08.01.2024

Təkcə Azərbaycanda yox, dünyanın bir çox ölkələrində vaxtaşırı ölüm hökmünün bərpası və yaxud da qalması ilə bağlı təkliflər səslənir. Bu da təsadüfi deyil, çünki cəza cinayətə adekvat olmalıdır və insanların bir çoxu belə hesab edir ki, başqalarının həyatına qəsd etmiş insanlar üçün ən adekvat cəza yalnız ölüm hökmü ola bilər.


Amma burada bir məqama diqqət yetirmək lazımdır: əslində ömürlük həbs daha ağır cəzadır. Ölüm hökmü verilən adam ölüb gedir, ömürlük həbs cəzası alan adam isə hər gün ölür.


Ona görə ki, əslində insan üçün azadlıqdan ömürlük məhrum olunmaqdan ağır cəza yoxdur – bu adamlar daha heç bir vaxt aydın səmaya baxıb rahat nəfəs almayacaqlar. Ən əsası budur ki, bu adamlar insan üçün ən əsas şeydən – ümiddən məhrum edilirlər. Bəli, onlar başa düşürlər ki, ümid etməyə dəyməz, daha heç vaxt azad ola bilməycəklər.


........

© Qaynar


Get it on Google Play