We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close
Aa Aa Aa
- A +

London fatehləri

3 0 0
12.09.2017

Amal Abuşov

Ötən ilin bu günləri idi. "Neftçi" "Qəbələ"dən 8 cavabsız top buraxmış, təkcə azarkeşlərin deyil, sponsorların da etibarını itirmişdi. "Neftçi"nin faciəsi təkcə həmin oyunda deyildi. "Xalq komandası" 80 illik yubileyi ərəfəsində uçurumun kənarına sürüklənir, nüfuzdan salınırdı.

Gündəmi dəyişmək, tənqidlərin hədəfini başqa səmtə istiqamətləndirmək tələb olunurdu. Bu missiyanı Müşahidə Şurasının "şən və hazırcavab" üzvü Bəhram Bağırzadə üzərinə götürdü. "Bakılı oğlan" bütün günahı idman mediasının üzərinə atmaq kimi absurd bir cəhddə bulundu, vicdanlı qələm sahiblərinə rüşvətxor damğası vurmaq üçün uğursuz cəhd etdi. Bu həmin Bəhram idi ki, onu böyük ümidlərlə və yaxşı "paket" müqabilində "Neftçi"yə dəvət edib, azarkeşləri tribunaya qaytaracağına........

© Qaynar