We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close
Aa Aa Aa
- A +

O bina nə vaxt əxlaq məbədi olub ki?

4 1 0
13.09.2017

Deyir binanın altındakı otağı icarəyə veriblər, camaat da orada yığışıb əxlaqsızlıqla məşğul olubdur. Vay-vay... Biabırçı hərəkətdir. Xalq şairi, xalq yazıçısı, nə bilim, xalq tarixçisi adına layiq olmayan işlərdir. (Oranın üzvləri arasında tarixçilər də var, deməli, məntiqlə xalq tarixçisi adı da olmalıdır).

Ancaq əziz və hörmətli yoldaşlar, o qurumun yuxarı mərtəbələrində guya əxlaqlı işlər görülür? Haçan o bina əxlaq və mənəviyyat məbədi olubdur ki, indi onun bir deşiyində əxlaqsızlıq yuvası tapmısınız? Azərbaycan xalqının yaddaşı çox qısa, operativ yaddaşdır, hər şeyi qulaqardına veririk, unuduruq, bundan da istifadə edib başımıza corab hörürlər.

Əgər unutqan olmasaq yada salardıq ki, bu Azərbaycan Yazıçılar Birliyi adlı idarə Azərbaycan sovet yazıçılarının İttifaqı olaraq məşum və məlun 1937-ci il repressiyasından cəmi 3 il qabaq, 1934-cü ildə İosif Stalinin göstərişi ilə yaradılıbdır. Qarşıdan xalqları “təmizləmə”, qardaşı qardaşın, oğulu atanın, yazıçını şairin üzünə qoymaq üçün böyük dalğa gəlirdi, bu dalğaya ədəbi-bədii don........

© Qafqazinfo