We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close
Aa Aa Aa
- A +

Tırtır dövlətçilik

13 1 35
11.01.2017


Dünən internetdə bir telekanalizasiya süjetini izlədim: müxbir hansısa rayonumuzda əlinə keçəndən yararlanıb avtomobilə bənzər bir zad qayırmış zəhmətkeşi çəkmişdi.


Bu “maşın” sözün əsl mənasında bir muzey eksponatı idi. Sanardın 19-cu əsrdən, ilk buxarlı avtomobillərin vaxtından qalıbdır (qabağına yekə bir qazan qoysa eynisi idi). Kəndli adam motosiklet təkəri, elektrik generatoru, KamAZ lampası, Jiqulu oxu, nə bilim, yalan olmasın, helikopter pəri ilə eşşək arabasının karbüratorunu bir-birinə calaq edib qayırdığı texnikaya yarızarafat “Tırtır” adını vermişdi.


Təzə hal deyil. Azərbaycanın rayonlarında belə istedadlı, Haqverdiyevin diliylə desək, “zorən təbib” adamlarımız çoxdur. Vaxtaşırı onların düzəltdiyi əndirəbadi maşın və qurğuları izləyirik. Biri görürsən paltaryuyan maşını televizora çevirib, bir ayrısı köhnə maqnitofondan ütü yığıb, üçüncüsü fotoaparatla tozsoranı sintez edib və sairə. Hətta bir nəfər helikopter də düzəldib, ancaq hələlik bu merət uçmur, eləcə həyətə qoyub, bekar müxbirlər hər kvartalda o helikopter oyuncağından süjet qayırırlar. Azərbaycanda həmin helikopterdən yazmayan, çəkməyən müxbir müxbir sayılmır. Mətbuat Şurasının bu temada qərarı da var: BDU jurnalistika fakültəsinə girmək istəyənlər mütləq həmin helikopter barədə inşa-reportaj hazırlamalıdır. İkinci şərt də Xınalıqdan fotoreportajdır, daha onu demirəm, mövzumuza dəxli yoxdur.


Qeyd etdiyim kimi, xalqımızın “velosipedi təzədən kəşf eləmək” arzusu çoxdan var, sadəcə, son illər krizisə görə daha şiddətlənibdir. Məncə, insanların belə yaradıcılığında kasıbçılıq önəmli rol oynayır. İnsanın pulu olsa verib almanın, yaponun, lap elə çinlinin zavod istehsalı texnikasını, avtomobilini alıb iş-gücünə yararlanar, ta niyə zibillikdən detal axtarır? Yeri gəlmişkən, mən baxdığım son videodakı müxbir elə süjeti belə gülməli fikirlə bitirdi ki, indiki böhran şəratində insanlarımız belə texnikalar........

© Müsavat