We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close
Aa Aa Aa
- A +

Addım-addım “tək əl” sisteminə...

9 0 0
10.01.2017


İctimaiyyət arasında belə bir rəy var ki, Türkiyənin indiki rəhbərliyi prezidentlik üsul-idarəsinə keçmək fikrinə Azərbaycanın idarə olunmasını gördükdən sonra düşüb.


Ağlabatan versiyaya oxşayır. Aradakı bu qədər gediş-gəlişlər, vaxtaşırı məsləhətləşmələr, “bir millət-iki dövlət” ritorikasının kütləviləşməsi bu iki dövlətin xalqını olduğu kimi, siyasi sistemini də yaxınlaşdırmalıydı.


Əslində, biz bu yaxınlaşmanın əks istiqamətdə olacağını, Azərbaycanın Türkiyəyə yaxınlaşacağını, prezident idarə üsulundan parlamentli respublika sisteminə keçəcəyimizi gözləyirdik.


Uzun illər əvvəl belə bir ideya vardı, mətbuatda müzakirə olunurdu. Hesab edilirdi ki, demokratiyanın bərqərarı parlamentin hegemon olduğu, hökumətin parlamentlərdə formalaşdırıldığı ölkələrdə daha effektiv olur.


Təbii ki, buna qarşı olanlar da vardı. Onlar ölkəmizin müharibə şəraitində olduğunu, milli dövlətçiliyin yeni-yeni bərpa edildiyi vaxtlar Milli Məclisdə aparılan uzun-uzadı və mənasız müzakirələrin, siyasi münaqişələrin son nəticədə torpaq itkisinə gətirdiyini əsas götürərək dövlətin bir adam tərəfindən idarə olunmasını daha məqbul sayırdılar.


Bu cür adamlar hakimiyyət bölgüsü deyilən institutsional idarəetməni qəbul etmirdilər, indi də etmirlər. Onlara görə, icraedici orqan da, qanunverici hakimiyyət də, məhkəmə strukturları da - hamısı bir adama tabe olmalıdır.


1993-cü ildən bəri bizdə belədir. Dövlət tək əllə idarə olunur. Milli Məclisin deputatları da, Konstitusiya Məhkəməsinin və Ali Məhkəmənin üzvləri prezident sarayında seçilir və təyin edilir. Yəni heç bir hakimiyyət bölgüsü yoxdur.


Bu, demokratik prinsiplərə nə qədər zidd olsa da, dövlətin idarə olunmasını asanlaşdırır. Məsələn, bu halda Milli Məclisdə hökumətin fəaliyyətinə mane olacaq hər hansı bir müzakirə aparılmır, tələblər səslənmir. Adicə parlament hökumətdən hesabat tələb edəndə də, hər şeyin üstündən sükutla keçilir, uzağı bir-iki tənqidvari çıxışlar səslənir, iş bitir. Prezident Administrasiyasından, yaxud nazirliklərdən parlamentə göndərilmiş bütün layihələr istisnasız olaraq qəbul.....