We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close
Aa Aa Aa
- A +

Yol tıxacından qurtulmağın yolu

8 1 5
11.01.2017


Paytaxtımızın şimal-qərb (Biləcəri) girişindəki səhər tıxaclarının aradan qalxmış olmasıyla bağlı şad xəbəri neçə vaxtdır vermək istəyirəm, hər dəfə də qorxuram ki, durum bədnəzər gözünə gələr, yoxuşun zibili çıxar.


Düzü, hər gün gözləyirəm ki, yəqin ötəki günlər bu yolda tıxac olmaması təsadüfdür, bu gün-sabah ənənəvi tıxaclar bərpa olunar, canımız intizardan qurtarar. Neçə dəfə həftənin bazar ertəsi günlərində sınamışam, görmüşəm, yox, yol həmin gün də açıqdır.


Bir aydan artıqdır ki, belədir. Deməli, əlaqədar strukturlar bu problemi çözüblər. Gendən baxanda çözümün nədən ibarət olduğu aydınca görünür. Bunların biri beynəlxalq avtovağzalın yanından dairəvi yola çıxmaq üçün alternativ yolun açılmasıdır. Amma bu, həmin problemin həllinin 10-15 faizini təşkil edə, ya etməyə.


Əsas çözüm vasitəsi avtovağzalın tuşundakı yol ayrıcına müşahidə kamerası yerləşdirilməsi və bu kameranın “cərimə yazan” olmasıdır.


Əvvəllər beləydi: Xırdalan tərəfdən gələn və DYP-nin postunu keçəndən sonra getdikcə enlənib səkkiz zolaqlı avtobana dönən yol gəlib-gəlib avtovağzalın yanına çatanda darlaşırdı. Burada yaranan tıxacın əsas səbəbi o idi ki, kəmhövsələ, mədəniyyətsiz, intizamsız, dərəzoru sürücülər yolun sağıyla sürətlə şütüyüb gedir, soldakıların hamısını ötür, yolun darlaşan yerinə çatır, sola burulur, maşınlarını zorla yola pərçim edirdilər.


Nəticədə qəza törətməkdən qorxan intizamlı sürücülər məcburən saxlayır, onlara yol verirdilər və tıxac yaranırdı. Yolun soluyla normal sürətlə gedən intizamlı sürücü o “Bosfor boğazı”nı 20 dəqiqəyə keçdiyi halda sağla şütüyənlər həyasızlıq etmələri üzündən 2 dəqiqəyə “20 Yanvar” metrostansiyasına yetişirdilər. 10 min (məsələn) sürücü tıxacda əziyyət çəkir, 1000 sürücü kef edirdi.


Ancaq yol istismarı sahəsinin başbilənləri bir gün gətirib yolun o darlaşan yerinə müşahidə kamerası qoydular və başladılar intizamsız sürücüləri çəkməyə. Əvvəl-əvvəl bir çox sürücülər kameraya, türkün sözü, aldırmadılar, elə bildilər,.....