We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close
Aa Aa Aa
- A +

Dilim-dilim olan ana dilim

4 0 0
14.06.2018

Mülatif Adurov
veteran telejurnalist

Təxminən iki ildən bir qədər çox müddət əvvəl mənim Modern.az saytında “Dilim-dilim olan ana dilim” sərlövhəli məqaləm dərc olunmuşdu. O vaxt məqaləyə münasibət bildirən oxucuların əksəriyyəti dilimizin saflığını qorumaq üçün irəli sürülən təklifləri birmənalı şəkildə dəstəkləmişdi. Bu gün də həmin yazı aktuallığını itirməyib. Əksinə, dilimizin saflığına biganə qalan adamlar öz danışıqlarında daha ciddi səhvlərə yol verirlər.

Bütün bunları nəzərə alaraq bəzi düzəlişlər və əlavələr etməklə həmin yazını eyni sərlövhə ilə oxucuların diqqətinə çatdırıram.

***

Azərbaycan dilinə xələl gətirən nöqsanların aradan qaldırılması barədə çox vədlər verilib. Mütəxəssislər – dilçi alimlər dönə-dönə təkliflər irəli sürüblər. Təəssüf, çox təəssüflər olsun ki, bu sahədə elə bir dönüş yaranmır.


Biz ədəbi dilimizi qəzetlərdən, televiziya və radiolardan öyrənirik. Acı həqiqətdir ki, nəinki öyrənirik, əksinə orta və ali məktəblərdə aldığımız biliyi də itiririk.


Dilimizin orfoqrafik və qrammatik qaydaları var. Buna ciddi riayət olunmasına hamı cavabdehdir. Danışıq dilində bəzilərinin yol verdiyi nöqsanlara bir o qədər də irad tutmaq ədalətsiz olardı. Lakin bunu ədəbi dilin keşiyində durmalı olan kütləvi informasiya vasitələrinə bağışlamaq olmaz.


Söhbət özəl televiziya kanallarından, saytlardan gedir. Onların hamısında mətnlərdə və titrlərdə mübtəda-xəbər uzlaşması qaydaları kobud şəkildə pozulur. Halbuki bu qaydalar orta məktəbin 5-ci -6-cı siniflərində öyrədilir. Məgər bunu ali təhsilli jurnalistlər,........

© Modern.az