We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close
Aa Aa Aa
- A +

Yaddaşımdakı DİASPORA

5 0 0
10.10.2018

Mahir QABİLOĞLU



Ali məktəbdəki müəllimlərimdən biri öz müəlliminin ona bir vaxtlar dediyi ifadəni tez-tez misal çəkərdi: “Ay şagirdlər, sual verməyə nə var ki? Hünər odur, ona cavab verəsən”.


Çoxdan tanıdığım, qabiliyyətinə, intellektinə bələd olduğum Fuad Muradov Diasporla İş üzrə Dövlət Komitəsinə sədr təyin ediləndə həm sevindim, həm də qanım qaraldı. Sevindim ona görə ki, mənə yaxın adam yüksək vəzifəyə təyin olunmuş, Azərbaycan Hökumətinin üzvlərindən biri statusunu almışdı.
Qanım ona görə qaraldı ki, bu sahə çox bərbad vəziyyətdəydi. Və mən ona bu işdə öz ideyalarım, təcrübəmlə heç bir köməklik edə bilməyəcəkdim.

İndi deyəcəksiz ki, “Mahir hər şeyi kökündən vurur. Bir işıq ucu qoymur. Ola bilməz axı ki, bu günəcən hər hansı bir iş görülməsin. İttiham edirsənsə, sübut da göstər”.
- Ay camaat, belə olmasaydı, cəmi bir gün – 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi günü kimi qeyd olunmazdı ki? Bir gün həmrəyik, bəs 364 gün necə, həmrəyikmi? Bizi birləşdirən dəyərlərin inkişafına yardım edirikmi? Diaspor Komitəsinə bu işdə kömək edirikmi? Dünyada neçə “Dünya Azərbaycanlıları Konqresi” (DAK) var? Biz şəxsi qəpiyimizi bu yolda xərcləməyə hazırıqmı? Yarandığı gündən Diaspor Komitəsi hansı işləri görüb? Yaxud da, bir iş görübmü?..


Bu və bənzəri giley-güzarları, tənqidi fikirləri yazmaqdan əl çəkirəm. Müəllimimin müəlliminin təbirincə desək, tənqid etməyə nə var. Çətini odur ki, yol göstərəsən, kömək edəsən. Düzdür, daha öncələr tənqidi fikirlərimi yazmışam. Amma olan-olub, keçən-keçib. Keçmişinə, itmişinə, ölmüşünə heyfslənməyən insana MÜDRİK deyirlər. Mən də müdrik olmaq is­təyərdim; amma uşaq, gənc yaddaşıma həkk olunan bəzi şeylər var ki, onları bölüşməyə qərar verdim. Çünki bircə Diaspor Komitəsiylə iş qurtarmır. Necə deyərlər, bir çiçəklə yaz olmaz. Diasporla İş üzrə Dövlət Komitəsi yalnız bir söz deyə bilər: “Sizdən hərəkət, məndən bərəkət”.

DİASPOR

SSRİ zamanında bu sözü heç vaxt eşitməmişdim. Baxmayaraq ki, xaricdə kifayət qədər azərbaycanlı və digər sovet xalqları yaşayırdı. Səbəbi? Onların çoxu Sovet hakimiyyəti qurulduqdan sonra xaricə mühacirət edənlər ya da Böyük Vətən Müharibəsində əsir düşərək xaricdə məskunlaşanlar idi. Birinə siyasi mühacir deyirdilər. Onlar “Bəlkə də qaytardılar” xülyasıyla yaşayanlar idi. (Elə indikilər də...) Ömürləri vəfa edənlər buna nail oldu, Sovet dağıldıqdan sonra öz Vətəninə qayıtdı. O biri qism isə satqınlar, Vətən xainləri sayılırdı. Hər iki qism xaricdə sakit həyat sürməyi üstün tutur, özlərini gözə soxmamağa çalışırdı. Çünki Vətəndə doğmaları, qohumları qalmışdı. Onların günahına görə məhz bu günahsızlar cavab verməli olacaqdı. Cavab verirdilər də... həbslər, sürgünlər. (Tərcümeyi-halını yazanda, anketi dolduranda sonda bir bənd də əlavə olunurdu: Xaricdə yaşayan qohumun varmı?)

Sonralar dissident deyilən yaradıcı insanlar da xaricə sürgün edildi. Onlara da “Vətən xaini” damğası vurulurdu. Ona görə də, SSRİ dönəmində mən diaspor sözünü eşitməmişdim. Amma bu o demək deyildi ki, SSRİ boyda dövlət diaspor fəaliyyətinə barmaqarası baxırdı; Sovet hakimiyyəti bu fəaliyyəti dolayısı yolla həyata keçirirdi.

“HEYDƏR ƏLİYEV BÖYÜK İŞ GÖRDÜ”

Asiya-Afrika Xalqları Həmrəylik Təşkilatı vardı. 80 ölkəni özündə birləşdirirdi. 1956-cı ilin mayında SSRİ-yə daxil olan doqquz müttəfiq respublikanın – RSFSR, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan, Türkmənistan, Azərbaycan, Ermənistan, Gürcüstan – ictimai təşkilatları birləşərək Asiya və Afrika ölkələri ilə Sovet Həmrəylik Komitəsini yaratdı. Həmrəylik Komitəsi bu quruma daxil olan 30-dan çox xarici ölkədən hər il 1000 nəfərə SSRİ-də təhsil almaq üçün şərait yaradırdı. Bu tələbələrə pulsuz təhsil, pulsuz yataqxana, pulsuz tibbi xidmət, pulsuz mövsümi geyimlər verilir, üstəlik təqaüd də təyin edilirdi.

Azərbaycanın ali məktəblərinin də payına bu cür xarici tələbələr düşmüşdü. Dünyanın milli-azadlıq hərəkatlarıyla daha sıx əlaqələr də məhz bu sovet-xarici tələbələr vasitəsilə yaradılmağa başlandı.

Bu təşkilatın Sovet Komitəsinə Özbəkistan təmsilçisi, şair, Sosialist Əməyi Qəhrəmanı, Lenin və SSRİ mükafatı laureatı Mirzo Tursunzadə rəhbərlik edirdi. O, 1977-ci ildə rəhmətə gedəndən sonra Özbəkistan öz nümayəndəsini onun yerinə........

© Modern.az