We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close
Aa Aa Aa
- A +

Arvadı necə döyməli

11 0 0
17.02.2017

Hidayət Elvüsal



(Bu, bir traqikomediyadır)


“Arvadı döymək, ehtiyacı olan xəstəyə dərman vermək kimi gözəl bir işdir”.


Yox, mən demirəm. Bunu Türkiyədə “Ailə səadəti” adlı kitabını yazan yekəbaş deyir. Və kitabın sağına-soluna nəzər salanda görürsən ki, arkadaş arvaddöymə texnologiyası üzrə böyük, yəni eşşək boyda bir mütəxəssisdir. Həm də çox xeyirxahdır - kitabı ailələrə pulsuz paylayıb. Elə gözəl sözlər yazıb ki…


“Arvadı döyərkən, dəmir və küt alətlərdən istifadə etmək məsləhət deyil”. Maşallah! Ölkə dinc, məzhəbçi dövlətə çevrildikcə, qanun-qaydaları da nizamlanır. Yəni müəllif sonra deyir ki, dəmir və küt alətlə döyülən arvadın (yəni qadının, ananın) bədənində ağır xəsarətlər meydana gələ bilər. Salın şillənin, təpiyin altına, dəli inək balasını çığnayan kimi çığnayan. Çıxın qarnının üstünə, nə yemisən, turşulu aş fəlsəfəsi ilə çırpın, “o xəstəni ki, dərman canına yaxşı yayılsın”.


Sonra nə deyir bu “Ailə səadəti”nin müəllifi? Deyir ki, daha doğrusu yazır ki, arvadın üz-gözünə zərbə endirməyin. İzi qalar, göyərər və iştahınız pozular. Həm də görüb eləyən olar


“Arvadı döyərkən qonşuların bilməməsi, onun səsini eşitməməsi şərtdir. Hər şey gizli olmalıdır. Döyülən arvad “dərmanı” qəbul edəndən sonra qonşularla gülərüz görüşməlidir. Hamı onu xoşbəxt saymalıdır.


Və ən mühüm maddələrdən biri: “Arvadın ayıb (!) yerlərinə zərbə vurmamalı”. Oxxayy! Yəni iki cür mənası var - birincisi “burnundan gələr”, ikincisi “istifadə elədiyin yollara tikan........

© Modern.az