We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close
Aa Aa Aa
- A +

Feyzullanın çimməkliyi

5 0 0
10.10.2018

Həyat etüdləri...


Bu əhvalatı mənə istedadlı, güclü zəka və qələm sahibi olan qonşum – Qulu Ağsəs danışıb. Deməli, qonşumun şərti olaraq Feyzulla adlandırdığı kəndçisi kasıbyana həyat sürürmüş. Əkin-biçin işlərindən savayı imkanlı yerlilərinin əvəzinə mal nobatına da gedirmiş. Bir sözlə, çörək qazanmağın yolunun hansı çətinliklərdən, ziqzaqlardan keçdiyini gözünün altına alanlardan imiş.


Bir gün Feyzullanın paytaxtda yaşayan imkanlı həmkəndlilərindən birinin yolu doğma yurda düşür. Adəti üzrə vaxtilə sinif yoldaşı olmuş Feyzullaya baş çəkir. Feyzulla da naxırdan təzə gəlibmiş. Arvadı Sərvinaza ocağın üstünə iri bir qazanda su qoymağı tapşırıbmış ki, yaxalanıb, təzək iyindən azacıq da olsa azad olsun. Şəhərdən gələn dostunu evə dəvət etsə də, Nemət heç cür razılaşmır. Onu da maşınına mindirib, rayon mərkəzinə babat bir “ujin” eləməyə yollanırlar. Necə deyərlər, nağıl dili yüyrək olar. Feyzulla ilə Nemət heç yerdə qərar tutmayıb, düz Bakıyadək maşın qovurlar. Səbəb isə sadəcə Nemətin üç yüz kilometrlik məsafədə heç bir kafeni, restoranı bəyənməməsi olub. Nə isə... Bakıya çatan kimi Feyzulla ilə məşhur saunaların birində çox cavanların həsrətində olduğu yüz cür ləzzətin dadını çıxarmağa girişirlər. Rus hamamı, fin hamamı, massaj, pivə, sonra da kabab, araq və sair və ilaxır. Oradan da yollanırlar şəhər kənarındakı otellərdən birinə. Nemət tanış qızlardan da dəvət edir. Feyzulla gecə səhərədək burada elə bir kef çəkir ki, heç yatanda yuxusuna da girməzdi. Sözarası onunla dünyanın alabəzək kefini çıxaran qızdan özünə paytaxtda bir alababat iş də soraqlayır. Qız da elə ertəsi gün onu Şüvəlanda – xalasının bağında xidmətçi, həm də bağban işinə düzəldir. Deyir ki, darıxma, xalamın işlərini yola ver, həftədə, on gündə bir özüm də sənə........

© Modern.az