We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close
Aa Aa Aa
- A +

Nə üçün məhz Bakı? - Vüqar Rəhimzadə yazır

11 0 0
16.02.2017

Vüqar RƏHİMZADƏ,

YAP Siyasi Şurasının üzvü, "İki sahil” qəzetinin baş redaktoru

ABŞ-ın Baş Qərargahlar rəisi general Cozef Danford və Rusiya müdafiə nazirinin birinci müavini, Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov arasında görüşün məhz Bakıda keçirilməsi Azərbaycanın həyata keçirdiyi müstəqil və balanslı siyasətin dünyanın güc mərkəzləri və böyük ölkələri tərəfindən hörmətlə qarşılanması və qəbul edilməsinin əyani təsdiqidir.

Müasir dövrün qlobal çağırışlarına cavab verən Azərbaycan ötən 25 ildə müstəqil və balanslı siyasət yürüdərək dünya düzənində öz yerini və rolunu möhkəmləndirməyə, böyük dövlətlər və nüfuzlu beynəlxalq təşkilatlarla qarşılıqlı faydalı əməkdaşlıqlar qurmağa çalışıb və əminliklə demək olar ki, buna nail olub. Təbii ki, ötən dövrün tarixinə qısaca olaraq nəzər yetirsək, bir daha bu reallığın şahidi olarıq. Xüsusi olaraq vurğulamaq lazımdır ki, ABŞ, Rusiya kimi güc mərkəzləri, Avropa ölkələri, eləcə də qonşu və digər region dövlətləri ilə qurulan möhkəm əlaqələr, BMT, Avropa Şurası, MDB, İslam Əməkdaşlıq Təşkilatı kimi beynəlxalq qurumlarda uğurlu təmsilçilik, NATO, Avropa İttifaqı və s. nüfuzlu təşkilatlarla qarşılıqlı hörmət və maraqlar əsasında davam etdirilən əməkdaşlıq buna əyani sübutdur. Bütün bunlarla yanaşı, ölkəmiz 25 illik qısa zaman kəsiyində qlobal layihələrin təşəbbüskarı və iştirakçısı kimi də biri-birindən əhəmiyyətli uğurlara imza atıb. Bu gün tam gücü ilə işləyən BTC, BTƏ neft-qaz kəmərlərini, eləcə də bütün dünyanın diqqət mərkəzində olan və dəstəklənən "Cənub Qaz Dəhlizi” layihəsini qeyd etmək kifayətdir. Sadaladığımız bu və digər faktlar ölkəmizin beynəlxalq aləmdə böyük nüfuz qazanmasına, etibarlı tərəfdaş kimi tanınmasına əyani sübutdur.

Nə üçün məhz Azərbaycan?

Dünyanın diqqət mərkəzində olan, beynəlxalq aləmdə iqtisadi, siyasi və humanitar mərkəz kimi tanınan Azərbaycan, eyni zamanda, bir çox hallarda beynəlxalq əməkdaşlıqların qurulduğu məkan kimi də tanınır. Mütəmadi olaraq paytaxt Bakıda demək olar ki, bütün dünyanı əhatə edən qlobal tədbirlər, humanitar forumlar, maraqla izlənilən beynəlxalq idman yarışları keçirilir. Respublikamıza gələn qonaqlar inkişafın Azərbaycan modelini öz gözləri ilə görür, ölkəmizin kifayət qədər sabit, təhlükəsiz olduğunu xüsusi olaraq vurğulayırlar. Sözsüz ki, qeyd etdiyimiz bu uğurlar ümummilli lider Heydər Əliyev siyasətini uğurla davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyevin həyata keçirdiyi mükəmməl daxili və xarici siyasətin bəhrələridir.

Fevralın 16-da Bakıda, Heydər Əliyev Mərkəzində ABŞ-ın Baş Qərargahlar rəisi general Cozef Danford və Rusiya müdafiə nazirinin birinci müavini, Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov arasında görüş keçirildi. Burada maraqlı bir məqam ortaya çıxır. Belə mühüm görüşün təşkili üçün dünyada kifayət qədər məkan olduğu halda, nə üçün məhz Azərbaycan seçilib?

Təbii ki, bu, Azərbaycan dövlətinin həyata keçirdiyi müstəqil və balanslı siyasətin dünyanın güc mərkəzləri və böyük ölkələri tərəfindən hörmətlə qarşılanması və qəbul edilməsinin əyani təsdiqidir. Bu görüş ölkəmizin dünya miqyaslı, nüfuzlu dövlət olmasının, ona böyük hörmətlə yanaşılmasının, etimad göstərilməsinin əyani təzahürüdür.

Liderlər Azərbaycanı etibarlı tərəfdaş, Prezident İlham Əliyevi dünya şöhrətli siyasi xadim kimi qəbul edir, onunla əməkdaşlıq əlaqələrini yüksək qiymətləndirirlər

Qeyd etdiyimiz kimi, Azərbaycan dünyanın supergücləri olan ABŞ və Rusiya ilə kifayət qədər yaxın münasibətlər qurub, həmçinin qarşılıqlı faydalı əməkdaşlıq və strateji tərəfdaşlıq əlaqələrini daim inkişaf etdirir. Dövlətimizin başçısı İlham Əliyevin həm ABŞ Prezidenti Donald Tramp, həm də Rusiya Prezidenti Vladimir Putinlə qarşılıqlı hörmətə və etimada əsaslanan yüksək səviyyəli əlaqələri mövcuddur. Bu gün hər iki lider Azərbaycanı etibarlı tərəfdaş, Prezident İlham Əliyevi dünya şöhrətli siyasi xadim kimi qəbul edir, onunla əməkdaşlıq əlaqələrini yüksək qiymətləndirirlər. Təsadüfi deyil ki, D.Tramp və V.Putin Prezident İlham Əliyev haqqında yüksək rəy bildirib və onun fəaliyyətini təqdir ediblər.

Ötən ilin noyabr ayında Azərbaycan Prezidenti İlham Əliyev ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Trampa telefonla zəng edərək onu qələbəsi münasibətilə təbrik edib, ali dövlətçilik fəaliyyətində uğurlar arzulayıb. Donald Tramp isə göstərilən diqqətə və təbrikə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib. Donald Tramp deyib ki, Azərbaycan Prezidenti haqqında çox xoş sözlər eşidib və dövlətimizin başçısına fəaliyyətində uğurlar arzulayıb.

Bununla yanaşı, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin də dövlətimizin başçısı İlham Əliyev ilə görüşlərində və telefon danışıqlarında onun qətiyyətli və dünya miqyasında layiqli lider olduğunu bildirir, ölkələrimiz arasındakı əlaqələrin daha da möhkəmlənməsində Azərbaycan Prezidentinin rolunu xüsusi vurğulayır.

Ölkəmiz dünyada sülhyaratma prosesində fəal iştirak edir, səmərəli təkliflər verir

Ölkəmizin dünya miqyasında nüfuzunu yüksəldən əsas amillərdən biri də məhz........

© Mia.az