We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close
Aa Aa Aa
- A +

Kitaba qarşı kitab yazmaq: birincinin alt qatında intelekt, ikincidə isə...

6 0 0
19.02.2018
19 Fevral 2018 [15:23]

Məhəmməd TALIBLİ


***


Gənclik illərimizə düşən ölkəmizin qalmaqallı keçid dövründə Bayram Bayramovun parlamentdəki çıxışına görə kitabını cırmaq, yandırmaq yarışını dəqiq xatırlayıram.


Mən də o zaman hələ zəif olan yüzlərlə kitabı olan kitabxanamın içərisində onun əsərlərini axtarırdım. Milli oyanış havası ilə gənclik emosiyalarım üst-üstə düşmüşdü. Amma kitabı məndə olmadığı üçün cırmağa imkanım olmamışdı. Amma deyə bilmirəm, kitabı olsaydı belə, bəlkə də cırmazdım. Bəlkə də əksinə...


"Daş yuxuları”ndan sonra Əkrəm Əylisli də ona bənzər hücumların qonağı oldu. Onda isə müəllifin kitabları evimdə var idi, amma cıracaq və ya yandıracaq yaşım deyildi. Düşünərək danışa biləcəyim başımı yaşıma yaraşan işlərə sərf etməli idim.


İndi Anarın kitabları ilə oxşar davranırlar. Bunları edən narazılarmı haqlıdır, yoxsa özünü ziyalı sayanlarmı? Gərək bu haqda dərindən düşünək...


Kitab yandırmaq müəllifi tonqala atmaq deyil. Bunu onun şəxsinə və ideyalarına zərbə də saymaq olmaz. Onda o məntiqlə XV əsrdə İohan Qutenberqin kitab çapı üçün etdiyi ixtira ilə fəxr edən bəşəriyyət indi onun ləğvi fikrinə də düşməlidir. Çünki bəzi dedektiv janrlı kitablar cinayətkar aləmə kart-blanş verib, ona yeni üsullar öyrədilməsinə yardım edir və onlara ağlagəlməz ideyalar verməkdə cinayətkarlığı təşviq edir. Cinayətkların etdiyi qətllərə görə bıçağı düşünüb tapana lənət oxumayın. Milyonlarla insanı ölümün pəncəsindən xilas edən həkim bıçağına da minnətdarlığı unutmayın. Tikanları görən gözlər, gərək gülləri də görsün.


Azərbaycanda kitab ənənəsinin tarixi qısa deyil. Hətta orta əsrlər də belə Azərbaycanda kitab emalatxanaları fəaliyyət göstərirdi. Elmi və bədii əsərlər kitab halına salınırdı. Bu formada olan emalatxanalar Red-ə-Rəşiddə, Şeyx Şəfidə, Marağa kitabxanasında mövcud olmuşdu. Hətta indinin özündə dünyanın məşhur muzeylərdində Cəfər Təbrizi, Kəmaləddin Behzad, Sultan Məhəmməd kimi rəssam və xəttatların ortaya çıxardığı kitablar saxlanılır. Amma biz müasirlərin əsərlərin cırırıq. O müasirlər ki, uzun illərdir ki, ədəbi yaradıcılığı məmurluğa qurban veriblər. Məmur kimlikləri yaradıcı obrazlarını xeyli kölgədə qoyub. Anar da, Elçin də bu sıraya öncüllük edirlərdəndir. Bu seçim də onların haqqı...


Kitab yandırmaq son addımdırmı? Azad media imkanları yox səviyyəsindədir. Amma sosial şəbəkə kimi geniş informasiya bolluğunda "üzməyə" ki, dərin sular var. Bu qədər geniş imkanların olduğu sosial........

© Mia.az