We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close
Aa Aa Aa
- A +

Ailə bünövrəsi və basdırılan minalar

5 0 0
16.02.2018
16 Fevral 2018 [13:44]

Məhəmməd Talıblı


Şəxsi faciələr hər bir insanə narahat etməlidir. Amma təsəllimiz o olur ki, insan yarandığı gündən şəxsi faciələrin müxtəlif ssenarilərində yaşaya-yaşaya gəlib və bundan sonra da onlarla hansısa yolda rastlaşacaq. Bu fərdi insan yaşantısıdır. Bəzən isə insanı dəhşətə gətirən və düşündürən böyük rəqəmlər göz deşəndə onda tək-tək insanları yox, insanlığı düşünməli olursan.


Kütləvi hal alan və azlıqda olmayan sosial qrupların həyatını dərindən düşünməyə başlayırsan. Dünən ölkəmizdəki açıqlanan sosial durumu əks etdirən rəqəmlər düşüncə insanlarını heyrətə gətirməlidir. Rəsmi qurumların açıqlamasına görə, ölkədəki boşanmaların sayı sürətlə artıb. Əgər 2017-dә 62 min 923 ailə nigaha daxil olmuşdusa və boşananların sayı isə 14 min 514 təşkil etmişdir. Son 3 il üzrə ortalama olaraq 67 min nigaha daxil olana qarşı 13 min boşanma halları qeydə alınıb.


Deməli, boşanmalar yalnız bir ildə qeydə alınmayıb. Son İllər üzrə ortalama olaraq nigaha daxil olanlarla nigahı pozanlar arasında fərq daha da fərq azalıb. Sanki, dağılan ailələrin bünövrəsinə "minalar” basdırılıb. Bu ona bənzəyir ki, heç nə olmamış kimi çoxmərtəməli binanın 18-ci mərtəbəsindəki mənzilimizə ən bahalı mebelləri, lüks malları yığmışıq. Amma binanın zirzəmizində hansısa partlayıcı maddənin olması və keydiyyətsiz tikinti işləri ilə heç maraqlanmamışıq. Bina yerlə-yeksan olunanda həmin yığılan əşyalar kimə qismət olacaq? Bir şeyi ki, sizin əlinizdən gec və ya tez alacaqlarsa, çalışın onu tez alsınlar. Çünki, zatən o sizin deyil, başqasına qismət olacaq nəyəsə müvəqqəti gözətçilik etməyin nə mənası?


Bir neçə il bundan öncə bir araşdırma üzərində işləyirdim. Almaniya Xristian-Demokrat İttifaqının (2007) XXI partiya qurultayında qəbul olunmuş sənədləri ilə tanış oldum. Həmin proqram sənəd də ondan artıq səhifə yalnız Almaniyada ailə insitutlarının necə qorunması və möhkəmləndirilməsinə həsr olunmuşdu. Heyrətlənmişdim. İlk baxışda sual yaranır? Ailələrin necəliyini dövlət niyə müəyyənləşdirə bilər? Hər bir ailənin təəsübü və marağı niyə dövləti bunca proqramlar yazmağa, onları maliyyələşdirməyə məcbur etməlidir? Əslində bu suallar ritorik deyil. Düşünülə bilərlər ki, yəqin Avropada ailə dəyərlərinin zəif olmasına, ailə insitutlarının sürətlə dağılmasına görə bütün bunlar dövləti hərəkətə keçməyə məcbur edib. Əslində bunun səbəbi ABŞ-da tətbiq olunan bu prinsiplə bağlıdır: xəstəliyi sağaltmaqdansa, sağlamlığın qayğısına vaxtında qalmaq yaxşıdır! Haqqında danışdığım Xristian-Demokratlar İttifaqının sənədində "Möhkəm ailələr-insan cəmiyyəti” adlı xüsusi bölmədə Alman cəmiyyətində ailə insitutlarının necə qorunması və........

© Mia.az