We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close
Aa Aa Aa
- A +

Qızılgülün tikanı və ya Əbülfəz Elçibəyə məktub

3 0 0
13.06.2018
13 Iyun 2018 [23:02]

Ləman Ələşrəfqızı,

Əməkdar jurnalist


***


Salam Əbülfəz bəy.


Mənəm, o "tikanlı qız”. Zamanında Sizə hüsn-rəğbətimi, hörmətimi izhar edə bilmədim. Bir az xarakterimin də rolu oldu bu məsələdə, bir az işlədiyim qəzetin də. Hə, o qəzeti deyirəm, əslində "Sizə bir köynək yaxın, həqiqətdə Sizdən bir verst aralı qəzet”in. Biz də jurnalistikada xam, cavan uşaqlar. Xam xəyalların qanadlarında uça- uça elə bilirdik ki, ta Aya qədər gedib çıxacağıq, amma bu Günə gəlib çıxdıq. Çoxdan istəyirdim ki, Sizə bir etiraf məktubu yazım, qismət bu günəymiş. Daha doğrusu bu ilə-sizin 80 illiyinizə. Yadımdadır, sonuncu ad gününüzə-62 yaşınıza bir buket güllə gəlmişdim. Üstəlik, yenə də bir-iki tikanlı sualla. Siz onda bir müddət idi ki, sakitliyə çəkilmişdiniz. Heç kim xəstəliyiniz haqda bilmirdi, təbii ki, ən yaxınlarınızdan başqa.


Sağ olsunlar, onların da ağzı bərkmiş, kimsə mətbuata bir kəlmə də sızdırmamışdı. Amma "Sizə bir köynək yaxın, Sizdən bir verst aralı qəzet”in qulağına kimsə pıçıldamışdı ki, Elçibəy filan bağda dincəlir. Mən də rəhmətlik Elxan Kərimovla onun köhnə "Jiquli”sində gəlib o bağı tapmışdım. 24 iyun 2000-ci il. Yadımdadır, köməkçiniz Əli bizi görəndə yazığın gözü kəlləsinə çıxmışdı. Müavin Əlinin himayəsində olanlar buranı hardan gəlib tapıb deyə.


Amma əlimdəki gül buketinə, ad günü ovqatıma baxıb sakitcə içəriyə xəbər vermişdi. İçəridən isə xəbər yerinə… Ordubad əriyi gətirmişdilər. Bir məcməyi, sapsarı, şipşirin, şirəli, iyi hələ də burnumdadır. Ağzım sulanmışdı o əriyi görəndə, amma hirsimdən yeməmiş, əlimdə bir buket gül, yarım saat küçədə gözləməyimi şəxsimə həqarət saymışdım, Elxan müəllimə ”gəl gedək, adam bizimlə görüşmək istəmir ” demişdim. Elxan Kərimov məndən........

© Mia.az