We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close
Aa Aa Aa
- A +

Qəbiristanlıqdan birbaşa saunaya...

4 0 0
friday
15 Mart 2019 [16:17]

Akif CABBARLI


***


Qapıbir qonşumuzun uzun müddət rəhbər vəzifələrdə işləmiş dayısı rəhmətə getmişdi. Mərhumun şəhər kənarındakı bağından o qədər də uzaq olmayan qəbiristanlıqdakı dəfn mərasimində elliklə iştirak edəsi olduq.


Qonşular, dostlar, həmkarlar, dünyasını dəyişən hörmətli ağsaqqalın keçmiş paqon yoldaşları, rəsmilər, nüfuzlu şəxslər, biznesmenlər və digər səlahiyyət sahibləri havanın çiskinli və küləkli olmasına baxmayaraq, məzarlıqda idilər.


Cənazə torpağa tapşırıldı, molla lazımi təmrinləri yerinə yetirdi, duasını verdi və adəti üzrə bu dünyanın vəfasızlığından, cənnət, cəhənnəm məsələlərindən misallar gətirdi, bu mövzuda Quran ayələrini yada saldı, adamları xeyirxahlığa, yaxşılığa, əxlaqlı və ədalətli olmağa, bir-birinə əl tutmağa çağırdı, var-dövlətin, eyş-işrətin gərəksizliyi barədə moizə də oxudu.


Adamlar mollanın sözlərini bərk külək əsdiyindən olduğu kimi dinləyib qəbul elədi-eləmədi, bu barədə bir söz deyə bilmərəm, ancaq bəzilərinin sifətindən açıq-aydın sezmək olurdu ki, "ay kişi, bəsdir də, bu sözləri yüz min dəfə eşitmişik, qərar hissəsini oxu, dağılışaq gedək də işimizin-gücümüzün dalınca”.


Dağılışdıq. Qəbiristanlıq hündür təpənin üstündə yerləşdiyindən və gilli torpağın da nəmişliyinə görə adamlar bir-birinin qoluna girərək ehmallıqla aşağıda cərgələnən maşınlara sarı addımlayırdılar. Bu adamlar sanki qəbiristanlıqdan yox, hansısa restorandan, yaxud film nümayişindən, ya da ki, yubiley məclisindən ayrılmışdılar. Söhbətləri də ki...........

© Mia.az