We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close
Aa Aa Aa
- A +

İnqilabçı Soros haqqında əfsanə

3 1 0
12.09.2017

Ölkəmizdə növbəti xoşagəlməz, ürəkbulandıran və əttökən əhvalat baş verib. Mən Mehman Əliyevin həbsini demirəm, bu, həbs artıq müti şəkildə əvvəlki zorakılıqların cərgəsinə düzülüb və aktuallığını itirib.

Yüz siyasi məhbus var idi, oldu yüz bir, nə dəyişdi ki? Özü də Azərbaycanda siyasi motivli həbslər milli hakimiyyətin sevimli idman növüdür. Mehman bəy sadəcə o biri siyasi məhbuslara nisbətən daha mötədil və təmkinli birisidir. Bu iki xalqımızda nadir və müsbət xüsusiyyət, hadisələrin göstərdiyi kimi, heç kəsə təhlükəsizlik zəmanəti verə bilməz.

Mən araşdırmaçı Qərb jurnalistlərinin bizim ağıllı və müdrik rəhbərlərimizin işlətdiyi “Pulyuyan maşın”la bağlı yazdıqları hesabatın doğurduğu qalmaqalı nəzərdə tuturam.

Qalmaqal deyəndə ki, arif adam üçün burada heç bir mənfi məna yoxdur. Ərəbşünas kimi qulluğunuza ərz edim ki, qalmaqal sözü ərəb mənşəlidir, “qalə mə qalə”, yəni “dediyini dedi” istilahından götürülüb.

Dedi də, nə olar, onlar dedi, bizimkilər də dedi və deyəcək!

Qaldı mətləbə, ayıb olsun Qərb jurnalistlərinə! Haram olsun onlara yedikləri çörək, aldıqları maaş! Nə vaxta qədər onlar külli-əhli-Azərbaycanın çoxdan bildiyi mətləbləri öz dərin araşdırmalarının nəticəsi kimi bixəbər Qərb əhlinə sırıyacaqlar? Axı Azərbaycanda kim bilmir ki, Qərbdən çapa-çapa gəlib Azərbaycan hakimiyyətinin analoqu olmayan nailiyyətlərini tərifləyən diplomat, deputat, politoloq və dövlət xadimləri bizimkilərdən aldıqları halal maaşı, xələti və ənamı yumaqla məşğuldurlar? Hamı bilir.

Bilməyən tək-tük adam yəqin ki, Zamin Hacının tənəli-kinayəli yazılarını oxumayıb. Oxusaydı, o da bilərdi.

Hətta bizimkilər bilməsə də, “ANB”, ABŞ-ın elektron kəşfiyyat idarəsi, bunların hamısını bilir. Axı bu idarə Yer kürəsini elə bir elektron tora bələyib ki, dünyada onun xəbəri olmayan bir telefon danışığı, bir pul köçürməsi belə........

© MeydanTV