We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close
Aa Aa Aa
- A +

Fərqli diapazonlar

10 0 1193
15.02.2017

Dünən cənab prezidentimizin qəbulundaydım. Düzü, heç bilmirəm içəri hansı qapıdan keçmişdim, məni kimlər yoxlasmışdı, ümumiyyətlə, qeydiyyata alınmışmıydım? Və necə olmuşdu ki, mənə "ə, dur bas bayıra!" deməmişdilər? Bircə onu bilirəm ki, pəncərələri açıq olan böyük işıqlı qəbul otağında onunla üzbəüz oturmuşduq və ona demək istədiklərimi artıq yazmırdım, səmimiliklə, birbaşa üzünə deyirdim. Yuxuda.

Bilirəm, çox təəccübləndiz, əlbəttə. Çünki bu gün sizin "yuxuda" sözünə qədər olan cümlələri oxuya-oxuya necə şoka düşəcəyinizi mən artıq dünən yazanda təxmin etmişdim. Axı mən özüm də bu cümlələri yazanda hər dəfə "yuxuda" sözünü sətrdə görənədək çox həyəcanlanırdım.

Necə adi bir vətəndaş Azərbaycan prezidenti ilə üzbəüz oturub qorxmadan və çəkinmədən səmimi söhbət edir? Bu, nə fövqəladə cəsarət? Bu, nə cürət? "Axı mən kiməm?" Yox. Əlbəttə ki, bu bir yuxu idi. Başqa cür ola da bilməzdi. Bugünkü Azərbaycanda, bu, doğrudan da, ancaq və ancaq yuxu ola bilər. Prezident Kanadanın baş naziri deyil ki, ona gah küçədə rast gələk, gah da parkda. Ya da metroda görüb "selfie" çəkdirək.

Qəbul otağı isti olsa da, mən üşüyürdüm. Titrəyirdim. Çox çəkmədi, bu titrəmənin səbəbini anladım – qorxu. Yox, onunla danışmaq qorxusu yox. Adamyeyən deyil ki! Qorxu – ona deyəcəklərimdən sonra mənim ailəmin, əzizlərimin başına gələ biləcək müsibətlərin qorxusu idi. Prezident şəxsən özü adamyeyən olmasa da, onun sistemi adamyeyən bir monstrdır və biz bu monstrın adamları necə yediyini dəfələrlə görmüşük. Bu monstrın torbasındakı narkotik maddələr Azərbaycanın bütün işıqlı gənclərinin evini yıxmağa bəs edər. Bu monstrın terror siyasətinə sağ olsaydı, bəlkə Trotskiy, ya da Leninin özü belə, paxıllıq edərdi.

Sonra titrəməm keçdi. Birdən, ayağa durub dedim ki, bilirsiz nə var, bunu kimsə bir gün sizin üzünüzə deməliydi. Kimsə bu sözləri ürəyindən dartışdırıb uzun illər həqiqəti deməyə qorxan dilinə gətirməliydi. Bunu deməmək əsl alçaqlıqdır, şərəfsizlikdir, cinayətdir. Olmaz belə yaşamaq. Yəni, siz, doğrudan da, başa düşmürsüz ki, olmaz? Sonra yuxuda bunların hamısının yuxu olduğunu anladım. Bir az da cəsarətləndim. Dedim ki, siz bizim kişiləri çörəklə elə imtahana çəkmisiz ki, ailələrini dolandırmaqda o qədər aciz etmisiz ki, bizim kişilər xəcalətlərindən ölürlər. Bax elə bu saat ölürlər, bu saniyə. Gündə 12-13 saat işləməkdən ələri qabar-qabar olan, beli bükülən qadınlarımızın özlərini qadın hiss etməyə nə vaxtları nə də imkanları qalmayıb.

Cənab prezident, siz nə vaxtsa axşam evə çörək gətirə bilməyən bir atanın........

© MeydanTV