We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close
Aa Aa Aa
- A +

Düşüncə vakuumu

5 0 0
10.10.2018

Qoyulan suallar verilən cavablardan önəmlidir. Bunun bir səbəbi cavabların zamanla dəyişə bilmə, yanlış və ya yarımçıq olma ehtimalıdırsa, digəri sualların funksiyası ilə bağlıdır. Suallar insanı düşünməyə vadar edir, bu isə hər bir halda beyini hazır cavablarla “yemləmək”dən yaxşıdır...

***

“Şər qüvvə”nin mahiyyəti ilə bağlı araşdırmalar yeni deyil. Teoloji mətnlərdən psixoloji araşdırmalara, ədəbi və fəlsəfi əsərlərədək yüzlərlə kitab yazılıb ki, hamısı da insanın niyə və necə “şərləşməsi”ni izah etməyə, daxili transformasiyasının, əxlaqi mutasiyasının səbəb(lər)ini tapmağa həsr olunub. Yəni necə olur ki, normal, adi insan korlanaraq şərə meyllənir və sonda ən ağır cinayətləri törədə biləcək birinə - Hitlerə, Maoya, Polpota çevrilir. “Pothen ten kakon” (Şər hardan qaynaqlanır?)

***

“Şərin banallığı” – Hanna Arendtin “Holokost”un əsas müəlliflərindən olan Adolf Eyxmanın məhkəmə prosesləri əsasında yazdığı əsər belə adlanır. Bu provokativ adla o, yüzminləri ölümə göndərmiş birinin adidən adi, çox səthi, hətta gülünc biri olmasına diqqət çəkib. Reportaj hazırlamaq üçün Qüdsdə Eyxmanın məhkəmə prosesində iştirak edən Arendt yəhudilərə patoloji nifrət bəsləyən, sadist və xəstə ruhlu........

© MeydanTV