We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close
Aa Aa Aa
- A +

Polşa səfərim

3 0 0
14.06.2018

Bu yaxında üçüncü dəfə Polşaya səfər etdim. İlk dəfə 2015-ci ilin qışında səfər etdiyim bu Avropa ölkəsi məni əvvəldən cəlb eləmişdi. Polşanın tarixi, ölkənin cəsur şəxsiyyətləri, siyasətdəki fəallıqları və təbii ki, gözəl qızları barədə çox eşitmişdim.

Paytaxt Varşavada keçirdiyim bir neçə gün xatirələrimdə maraqlı izlər buraxdı. Orada olduğum müddətdə bir xeyli adamla tanış oldum. Varşavadan çox yazmaq fikirim yoxdur. Səliqəli və gözəgəlimli şəhər olsa da, sırf turistik səfər üçün ideal sayıla biləcək məkan deyil. Turizm cəhətdən Avropanın ad qazanmış şəhərlərinin yanında Varşava bir az sönük qalır. İstənilən halda ordan xoş təəssüratlarla ayrılmışdım.

Sonra 2016-cı ilin mart ayında Polşanın Qdansk şəhərini ziyarət etdim. Həmin vaxt orda sosial fəallıqla bağlı forumda iştirak edirdim. Tədbir olduqca maraqlı idi. Sosial bacarıqların inkişafı, dünyagörüşünün artması üçün həmin forum bugünə kimi iştirak etdiyim beynəlxalq təlimlər içində ən yaxşılardan sayıla bilər.

Baltik dənizinin sahilində yerləşən Qdansk şəhəri mart ayında çox soyuq idi. Bakıda olduğu kimi burda da külək adama dinclik vermirdi. Orda olduğum üç gün ərzində şəhəri qətiyyən gəzə bilmədim. Birincisi ona görə ki, iştirak etdiyim tədbir səhərdən axşama qədər davam edirdi. Axşam saatlarında otelə elə yorğun dönürdüm ki, harasa çıxıb gəzməyə halım olmurdu. İkinci əsas vacib nüans ondan ibarət idi ki, hava, doğurdan da, çox soyuq idi. Belə sərt havada 10 dəqiqədən artıq çöldə qalmaq olmurdu. Yoxsa heç də yorğunluğu bəhanə........

© MeydanTV