We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close
Aa Aa Aa
- A +

Dünya bir mehmanxana...

2 0 1
12.07.2018

80-ci illərin Qutqaşın rayon Mərkəzi Xəstəxanasında əməliyyat olunmuşdum. Sağalma dövrünü palatadakı yaşıdımla bərabər ikinci mərtəbənin pəncərəsindən böyük dünyaya baxmaqla keçirirdik. Bir gün romantik seyrimizin şirin yerində xəstəxana hər tərəfdən milislərlə (onda hələ polisə keçməmişdik), təcili yardımlarla, mülki avtomobillərlə əhatəyə alındı. Hamı vahimə içində dəhlizə çıxıb nə baş verdiyini öyrənməyə çalışırdı. Tibbi heyəti elliklə bizim mərtəbəmizə yığmışdılar. Birdən pilləkənin başındakı hündür adamlardan bütöv mərtəbəni boşaltmaq əmri gəldi. Şöbənin xadiməsi divara söykənib güclə ayaqüstə duran bizi göstərib əsəbi tonla soruşdu:

– Bəs bunları, içəridəki təzələri neyləyək, pəncərədən ataqmı?

Baş həkim özünü çatdırıb hamımızın sevimlisi yaşlı qadını sakitləşdirməyə çalışdı. Biz nə baş verdiyini alçaq səslə danışılan o söhbətdən anladıq. Qəzənfər Qaçayev adlı şəxs guya indiki başçılardan daha üstün səlahiyyət daşıyan o vaxtın “raykom” katibinin “qulağını kəsibmiş”. “Yaralını” müvəqqəti cərrahiyyə şöbəsinə yerləşdirəcəkdilər. Xəbərin qısa “özətini” duyan heyət və xəstələr yaranan ani təbəssümü birtəhər yığışdırmaq üçün üzlərini “turşutdular”.

O günlər elliklə bir böyük otağa təpdirilən cərrahi xəstələrin oğrun-oğrun sarğılarını dəyişib dava-dərmanlarını edənlər də, biz də yalnız Qaçayevin nigarançılığını çəkirdik. Poçtun məxfi şöbəsindən çəkilib milislə qorunan kabelli telefonla ölkə rəhbərinin canlı əlaqə saxladığı “böyük adam" bizdən ötrü mövcud deyildi. Xəstəxananın həyərtində süni “hüznlə” cərgələnən məmurlar və “ictimaiyyətin........

© MeydanTV