We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close
Aa Aa Aa
- A +

Alabaşlı 1400 il sonra bu gün yenə məğlub olacaq?

3 0 55
12.06.2018

Uzun illərdir ki, kəndimizin adının dəyişdirilməsi ilə bağlı mübarizə aparıram. Çünki 60-cı illərdən bu yana doğulduğum kəndin adı “sovet hakimiyyəti uğrunda fəal mübariz”in – Qasım İsmayılovun adını daşıyır. 27 ildir müstəqilik, amma hələ də əyalətlərimizdə sovet tör-töküntülərinin qaldığı yəqin ki, hamınıza məlumdur. Elə mənim doğulduğum kənd də həmçinin.

Bu gün Milli Məclisdə müzakirələr olacaq və kəndimizin adı Ağlavaşlı olaraq adlandırılacaq. Düzdür, sovetlərə xidmət etmiş birinin adının kəndimizin üzərindən götürülməsinə sevinirəm. Çünki 50-60 illik bir ləkə götürülür. Amma bu obanın – 2500 əhalisi olan doğulduğum yaşayış məntəqəsinin tarixi adı Ağlavaşlı deyil, Alabaşlıdır. Hər kəs onu Alabaşlı deyə tanıyır. Hətta indiyə kimi Qasım İsmayılov ifadəsi ancaq sənəd-sünəd üzərində olub.

Kəndin xəstəxanası Alabaşlı Sahə Xəstəxanası adlanır. Gəncə - Qasım İsmayılov kəndi üzrə marşrutlarda da “Gəncə-Alabaşlı” yazısına rast gələ bilərsiniz. Sakinlərdən haradan olduğunu soruşanda “Alabaşlıdanam” - deyir.

Bəs o zaman bu Ağlavaşlı haradan çıxdı?

Deməli, rayon rəhbərliyi Qasım İsmayılov adının dəyişdirilməsi məsələsi ortaya çıxanda kəndimizə nümayəndə göndərib. Kənd sakinləri buranın tarixi adının Alabaşlı olduğunu deyiblər. Alabaşlı toponimi ilə........

© Lent.az