We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close
Aa Aa Aa
- A +

Silah bazarı

17 0 11
10.01.2017

Son iki gündə hüquq-mühafizə orqanları tərəfindən paytaxtın müxtəlif yerlərində iki silahlı münaqişə qeydə alınıb. Bunlardan birinin “Xətai” metrostansiyası yaxınlığındakı “Demirchi Tower” biznes mərkəzində, digərinin isə Nərimanov rayonunun Ağa Nemətulla küçəsində baş verdiyi bildirilir. Birinci hadisə zamanı bir nəfər qətlə yetirilib. İkinci insident isə xoşbəxtlikdən, insan ölümündən yan keçib. Fikir verin, adı çəkilən məkanların hər ikisi şəhərin mərkəz ərazisinə aiddi. Bu nə deməkdi? Deyəsən, kim harda mübahisə eləyir, məsələnin həllinə elə ordaca odlu silahla girişir. Bir də görürsən, şəhər restoranlarının birində, yaxud şadlıq sarayında silahlı qırğın düşdü, kimsə öz təkəbbürünü, yaramaz eqosunu avtomatla, neçə adamın həyatı bahasına diktə elədi. Kriminal qanunlara əsasən, kiminsə söhbəti silaha gəlib dirənəndə ətrafdakılara xətər toxundurmamaq üçün ən azı, mərkəzdən aralanırlar. İndi o yazılmamış qanunları da pozurlar. Bir də gördün, biri cibindəki pula söykənərək barda güllə çiləyir. Doğrudanmı, insanların gözünü bunca qan örtüb?


Verilən məlumatda bildirilir ki, “Demirchi Tower” biznes mərkəzindəki qətldə “Vinçester”, ikinci münaqişədə isə “Makarov” tipli tapançalar “iştirak edib”. Burdan bir sual ortaya çıxır. Adamlar “Vinçester”, “Makarov” tipli silahları hardan əldə edirlər?

Məlum olan bu ki, sahibi “Vinçester”i ov silahı kimi öz adına qeydiyyatdan keçirdibmiş. Bəs ov üçün alınmış silahın xırda münaqişələrdə nə işi?

Əvvəllər belə idi, ov silahı yalnız ovçular cəmiyyətinin üzvü olanlar üçün nəzərdə tutulurdu. Həm də ov mövsümü qurtardıqdan sonra bir qayda olaraq, silah təhvil verilirdi. Ovçu ovun mövsümi növünə görə digər kalibrli silahlardan da götürə bilirdi. Məsələn,........

© Lent.az