We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close
Aa Aa Aa
- A +

İnternetlə türkəçarə

25 0 10
17.02.2017

Saxta diplomlu müəllimlər haqda eşitmişdik, budur, saxta diplomlu, ağ xalatlı həkimlərimiz də aşkar olundu. Bizimki də belə gətirib, qismətdən artıq yemək olmaz! Görünür, bəxtimizə, bir aylıq körpə üçün alma şirəsi resepti yazan həkimlər ölkəsində yaşamaq düşüb. Yazıq körpə hələ üstəlik ana bətnində ikən yanlış müalicələr alır, qeyri-sağlam qidalanır, əsəbi və yorğun valideynlərin psixi sarsıntılarına şərik olur.


Maddi problemlə dolu ailədə dünyaya gələn körpəni xoşbəxt uşaqlıq gözləmir. Söhbət təkcə bahalı oyuncağın, brend geyimin əlçatmaz olmasından, barmağını uzatdığı şeyin alınmamasından getmir. Məsələ ondadı ki, sosial problemlər içində çabalayan valideynlər körpəyə xoşbəxt, rahat, sevgi dolu mühit yarada bilmirlər. Günün on beş saatını ağır işdə çalışan, evə yorğun və yuxusuz qayıdan ata, çölə geyinməyə “layiqli” paltarı, dişlərini düzəltdirməyə pulu olmayan, bütün günü deyinən əsəbi ana, dünya ilə tanışlığa yenicə başlayan uşağa hansı nikbin ortamı yarada bilər?

Sosial problemlər üzündən ailələr dağılır, insanlar bədbəxt olur, uşaqlar kompleksli və natamam şəxsiyyət kimi böyüyürlər. Amma bundan daha təhlükəli, daha ağır bəla var: Savadsızlıq! Xüsusilə, rayon yerlərində on dörd, on beş yaşında məktəbdən çıxarılıb ərə verilən təhsilsiz, təcrübəsiz, avam qız uşaqları normal gənclik yaşamadan birbaşa arvadlığa yollanırlar. Dərhal da ana olmaq tələbi bir şərt kimi boyunlarına qoyulur. Halbuki o yazıqlar valideyn məsuliyyətinin nə demək olduğunu heç ağıllarına da gətirə bilmirlər. Dünyaya körpə gətirib yemləyərək böyütsələr də, uşaq psixologiyasından, anaya lazım olan bilgilərdən xəbərsizdilər.


Belə erkən ərə verilmiş qızlar getdiyi ailədə gəlinlik eləməyə, bir arvad kimi uşaq doğub kor-koranə, necə gəldi saxlamağa məhkum edilirlər. Odur ki, bugünkü insanımızın şəxsiyyətində, təbiətində ortaya çıxan, şahidi olduğumuz bütün çatışmazlıqlar, qüsurlar, həmin “necə gəldi” uşaq böyütməyin, məşhur lətifədəki kimi “allah umuduna” yol getməyin nəticəsidi.


Savadsızlıq maddi yoxsulluqdan çox-çox qorxulu bəladı. Əgər........

© Lent.az