We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close
Aa Aa Aa
- A +

Falçıya inanıb arvadını bıçaqlayan

6 0 0
13.09.2017

Könül Cəfərli

Bibimin Bəsti adlı qonşusu vardı. Darvazaları üzbəüz idi. Nə vaxt qonaq gedərdiksə, Bəsti xalanı küçədəki tutun dibində görərdim. Başına da qonşu arvadları yığıb günbatanadək söhbət edərdi. Arada samovar da qaynadar, özü demişkən, kefə baxardı. Sadə kənd qadını idi. Hamı necə, o da elə dolanırdı. Özü mala-qaraya baxır, əri də traktorçuluq edirdi.

Günlərin bir günü Bəsti xala xəstələnib yorğan-döşəyə düşür. Həkim də dərdinə çarə tapa bilmir. Əri gah deyir yuxuda səksənib havalanıb, gah da sətəlcəm olub. Beləcə bir neçə həftə keçir. Bu müddətdə onu görən olmur. Nə çölə-bayıra, nə də ona baş çəkən qohum-qonşunun qabağına çıxır. Deyilənə görə, bütün günü yatırmış. Nə isə, Bəsti xalanın durumu bir müəmma olub, kəndin əsas qeybət mövzusuna çevrilir.

Təxminən 1 ay sonra yenə darvazanın yanındakı tutun dibində görünür. Ayağa qalxmağına hamı sevinir. Başına nə gəldiyini isə özü danışır. Məlum olur ki, Bəsti xalaya yuxuda vergi verilib. Röyada gördüyü ağsaqqallı kişi ona tapşırıb ki, bir ay heç kimlə danışma, bayıra çıxma, vədən tamam olanda vergin aktivləşəcək və sən fala baxacaqsan. Hər halda o, camaata belə nəql edir. İlk günlərdə adamlar inanmasa da, zamanla Bəsti xala tanınmış falçıya çevrilir. Qonşu kəndlərdən, rayonlardan da müştəriləri........

© Lent.az