We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close
Aa Aa Aa
- A +

Facebookda aldatdığım şair

3 0 80
11.07.2018

Kulis.az Günel Natiqin “Narsist yazarlar və yaxud Ramiz Rövşənin kitabını necə əlimdən aldılar” yazısını təqdim edir.

Ədəbiyyat adamı kahin kimi olmalıdır, öz hücrəsində oturub yazmalı, yazmalıdır. Ona görə yox ki, nə vaxtsa onu kəşf edəcəklər, ona görə ki, yazmaqdan başqa yolu yoxdur. Qələm adamı üçün yazmaq dünyanın ən zövqlü işidir və bundan vaz keçmək müşküldür.

Zorən qələm adamı olanları nəzərdə tutmuram. Zorən qələm adamı olmaq razılaşın ki, mümkün deyil. Çünki hər bir adam əvvəl-axır özünü olduğu kimi ifadə edir.

Ədəbiyyat gərginliyin ən çox olduğu sahədir. Eqolu yazarlar gərgin atmosfer yaradıblar, istər-istəməz oxucu bu gərginliyi hiss edir.

Həm də uğur qadın kimidir, ona tərəf getdikcə o, səndən uzaq qaçır. Ona görə, bu məsələni bir az sərbəst saxlamaq lazımdır. Uğur əldə etmə cəhdi bəzi hisslər kimi gərginlikdə “gərilir”.

Yazarların əksəriyyəti narsist-özünəvurğunluq xəstəliyinə yoluxub. Öz yazılarını böyük mədəni irs kimi qiymətləndirirlər.

Bir dəfə bir yazarla belə bir ünsiyyətimiz oldu. Doğrusu, bu adamın mövcudluğundan və təbii olaraq yazdıqlarından xəbərim yox idi. Sadəcə olaraq ümumi kompaniyada müsbət münasibətini hiss etdim və jest olaraq Facebook-da ona dostluq........

© Lent.az