We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close
Aa Aa Aa
- A +

Zərdüştün iman çalmağı

15 0 63
15.02.2017

1993-cü ildə Türkiyədə ilahiyyat kursunda təhsil alarkən dini mövzuda bir kitab oxumuşdum. Başlığı belə idi: "İmanımızı sorularla çaldılar (oğurladılar – C.C.)". Zərdüşt Əlizadənin Lent.az-a müsahibəsini oxuyanda o kitabın başlığını xatırladım. Zira hörmətli politoloqun bu müsahibədə söylədikləri çağdaş tariximizdən bixəbər yetişən gənclər arasında fikir çaşqınlığı yarada, imanlarını çala bilər.

Müdriklərdən hansınınsa sözüdür: "Mən sənin fikrini bəyənməyə bilərəm, amma sənin öz fikrini azad ifadə etməyin üçün canımı da verərəm". Şəxsən mənim üçün Əbülfəz Elçibəy toxunulmaz büt deyil və istənilən şəxs, o cümlədən Zərdüşt Əlizadə onu tənqid edə bilər. Zaman bizi Elçibəydən daha çox uzaqlaşdırdıqca, onu doğruları ilə də, yanlışları ilə də daha yaxşı təhlil edə bilirik. Məsələn, 1992-ci ildə Azərbaycanın MDB-yə qoşulmamasını prinsipə çevirmək yanlış idi və nəticəsi şəxsən Elçibəyə də, Azərbaycana da baha başa gəldi.

Açığı, Zərdüşt Əlizadənin Elçibəy haqqında fikirləri mənim üçün heç vaxt maraqlı olmayıb, çünki nə deyəcəyi öncədən bəlli olub. Bu səbəbdən qardaşı Araz kimi ciddiyə almamışam heç vaxt onu. Deyə bilərsiniz ki, yanaşmam bu cürdürsə, demək, Əlizadə qardaşlarına qarşı qərəzliyəm və bu yazının obyektivliyi indidən şübhə altına düşür. O zaman başqa bir məqama diqqət yetirmək lazım gəlir - Zərdüşt Əlizadənin Əbülfəz Elçibəyə qarşı qərəzli olduğu bu ölkədə məmə yeyəndən pəpə deyənə qədər hər kəsə bəllidirsə, niyə onu obyektiv saymalıyıq?

1990-cı illərin tarixini bilənlər bilir: Zərdüşt Əlizadə ilə Əbülfəz Elçibəy arasındakı ziddiyyətlər Azərbaycan Xalq Cəbhəsindən başlayıb. O dövrdə AXC-də Azərbaycanın müstəqilliyi uğrunda iki xətt mübarizə aparıb: yenidənqurma nəticəsində yenilənmiş SSRİ-nin tərkibindəki Azərbaycan və milli-azadlıq hərəkatının nəticəsi olaraq müstəqillik əldə etmiş Azərbaycan. Zərdüşt Əlizadə və komandası birinci xəttin, Elçibəy və komandası isə SSRİ-nin dağılmasının tərəfdarı olub. Öz növbəsində müstəqillik tərəfdarları da iki qrupa ayrılıb - Elçibəyin liderliyindəki liberallar; Etibar Məmmədov, Rəhim Qazıyev və Nemət Pənahlı liderliyindəki radikallar. 1990-cı ilin yanvar hadisələrindən sonra bu qruplar bir-birindən birdəfəlik ayrılıb.

Zərdüşt Əlizadə 17 ildir dünyasını dəyişən Əbülfəz Elçibəyin bu gün bir anlıq dirilməsini fərz etməyi təklif edir. Sonra da xəyal edir ki, "Elçibəy tribunaya çıxıb xalqa deyəcək ki, ay camaat, bilin və agah olun, XXI əsr türk əsridir, Baykal gölündən başlamış Aralıq dənizinə qədər böyük bir türk dövləti yaranacaq və s. Çünki Elçibəyin xalqa deməyə başqa sözü yox idi. Elçibəy ölmüş türk dünyasını diriltmək haqqında danışan siyasi Şeyx Nəsrullah idi".

Bu məntiqlə, Elçibəyə daim müxalif olan Zərdüşt Əlizadə özünü də Kefli İsgəndər adlandırmalı idi. Azadlıq meydanına toplaşan milyonlarla insana bu Kefli İsgəndərin hansısa ağıllı və yaddaqalan söz dediyini kimsə xatırlada bilərmi? Yaxud politoloq kimi onun hansısa proqnozunun doğrulduğunu gördünüzmü heç? Türkiyə Rusiyanın hərbi təyyarəsini vuranda yazıçı-deputat Aqil Abbas çıxıb dedi ki, Ankara Moskvadan üzr istəməlidir. Hamı onu az qala fitə basdı, amma sonda o deyən kimi oldu. Zərdüşt Əlizadənin politoloq kimi proqnozları hətta yazıçı Aqil Abbasdan belə zəif olub.

Mən Zərdüşt Əlizadəni savadsız adam saymıram. Düşünürəm ki, o da ürəyinin dərinliyində Elçibəyin savadsız olmadığını ən azı özünə etiraf edir. Hər halda, buna kifayət qədər əsası da var. Çünki ikisinin də ömür yolu oxşar olub: Elçibəy də, Əlizadə də Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsini bitirib, ərəb ölkələrində tərcüməçi işləyib, alimlik dissertasiyası müdafiə edib, Elmlər Akademiyasının institutlarında çalışıblar. Yəni Əlizadə kimi, Elçibəy də xalq hərəkatına küçədən gəlməmişdi, elm və ziyalı mühitindən çıxmışdı.

Meydan hərəkatı başlayanda tribunada çıxış edənlərin bir çoxu - Anar, Bəxtiyar Vahabzadə, İsmayıl Şıxlı, Elçin, hətta Nemət Pənahlı da Elçibəydən məşhur idi. Amma zaman keçdikcə xalq bu adamın arxasınca getməyi seçdi. Bu seçimdə Əbülfəz bəyin özünün liderlik keyfiyyətləri də mühüm rol oynadı. Çünki o, milyonların eşitmək istədiyi sözləri deyirdi, xalqa yalan danışmırdı, siyasi və ideoloji mübarizəsində səmimi idi. İndi Elçibəy neyləsin ki, xalq Əlizadə qardaşlarının yox, onun arxasınca getməyi üstün tutdu? İki qardaşın birgə siyasi istedadı hətta Nizami Süleymanov qədər də olmadı. Xalq niyə baş verən hər şeyə - 20 Yanvar faciəsinə, Xocalı soyqırımına, Qarabağın itirilməsinə görə özümüzü günahlandıran qardaşları lider seçməli idi ki? İstər 1918-ci Osmanlı imperiyasının, istərsə də müstəqilliyimizin ilk illərində Türkiyənin Azərbaycana yardımlarını görməzdən gəlmək bir yana, bu qardaş dəstəyini qaralayan zehniyyət hansı məntiqlə bu millətə lider olmalı idi ki? Zərdüşt bəy, millət sizi ona görə seçmədi ki, Günəşin şərqdə çıxıb qərbdə batdığını öz gözləri ilə gördüyü halda, siz həmişə Günəşin şimalda çıxıb cənubda batdığını iddia etdiniz.

BDU-da Əlizadə qardaşları kimi danışan bir müəllimim vardı. Boş vaxt tapan kimi Elçibəyin qarasınca danışırdı. Əsas tezisi də bu idi ki, Prezident Elçibəy niyə Atatürkün Anıt qəbrini ziyarət........

© Lent.az