We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close
Aa Aa Aa
- A +

Bəs nəticəsi?

3 1 0
13.09.2017

Bu ritorik sualı gündəlik müzakirələrdə eşitdikdə ağıla daha çox edilməsi labüd olan məsələlər gəlir. Bir çox hallarda da “bəs nəticəsi nə oldu?!” deyərək həmsöhbətindən suallara cavab axtarmağa başlayırsan. Elə bu sualla təhsilimizdə son 4 ildə baş verənləri bir az fərqli formatda, həm vizual, həm ifadəli və həm də daha çox lakonik çatdırmaq istəyirik. Təbii ki, seçim və dəyərləndirmə oxucunun ixtiyarındadır.

Əvvəla, demək yerinə düşər ki, məşhur filosof Herbert Spenserin qeyd etdiyi kimi, "təhsil öz predmeti ilə xarakterin formalaşması"na xidmət edir. Burada təkcə fərdin xarakteri deyil, bütöv sosiumun xarakterindən söhbət gedir. Bir daha vurğulamaq istərdik - “xarakter”.

Futurist alim A.Toffler gələcəyin fakturasını daha yaxşı sezərək bildirirdi ki, “təhsil sisteminin inqilabi transformasiyası, tədris planlarının gələcəyə fokuslanması lazımdır. Bunsuz "gələcək şokunu" qarşılamaq mümkün deyil”.

Hər iki mütəfəkkirdən gətirilən sitat heç də yazıya intellekt düzümü vermək məqsədi daşımır, məqsəd söhbəti təhsilin verəcəyi ən böyük töhfəyə bağlamaqdır - xarakterin formalaşdırılması və gələcəyin şokunu daha rahat qarşılamaq.

Son........

© Lent.az