We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close
Aa Aa Aa
- A +

Ermənistan küncə sıxışdırılır

4 0 0
02.11.2018

Prezident İlham Əliyevin düşünülmüş xarici siyasətinin, uğurlu diplomatik fəaliyyətinin nəticəsidir ki, bu gün işğalçı Ermənistan regional və qlobal enerji və nəqliyyat-kommunikasiya layihələrindən kənarda qalaraq siyasi-iqtisadi təcrid halına salınıb, beynəlxalq aləmdə küncə sıxışdırılıb. Ötən ay baş verən proseslər bir daha göstərdi ki, Ermənistanın iflası və özünütəcridi gündən-günə sürətlənir.

Belə ki, oktyabrın 30-da İstanbulda Azərbaycan, Türkiyə və İran xarici işlər nazirlərinin altıncı üçtərəfli görüşü keçirilib. Görüşün nəticəsi olaraq üç ölkənin xarici işlər nazirləri tərəfindən imzalanmış İstanbul Bəyannaməsində beynəlxalq hüququn prinsipləri, xüsusilə də suverenlik, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığına hörmət və dəstək, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin bu prinsiplər əsasında həllinə dair qəti və prinsipial mövqe bir daha təsbit olunub.

Ekspertlər qeyd edirlər ki, İstanbul Bəyannaməsində Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn prinsipləri, xüsusilə də suverenlik, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığına hörmət və dəstək, habelə bütün mübahisələrin sülh yolu........

© İki Sahil