
Eleni Teoxarusun Albaniyaya da girişi qadağan edildi
Avropa Parlamentinin ermənipərəst deputatı Eleni Teoxarusun Albaniyaya da girişi qadağan edildi
Ölkəmizə qarşı hər zaman separatçılıq mövqeyi tutan, hələ 90-cı illərin əvvəllərindən Ermənistan və erməni lobbisinin çirkli pulları ilə bəslənən, dəfələrlə Azərbaycanın işğal edilmiş ərazilərinə etdiyi qanunsuz səfərləri və bunun nəticəsində ölkəyə “girişi arzu olunmayan şəxslər siyahısına” daxil edilən, haqqında Azərbaycan Rsepublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılan Avropa Parlamentinin (AP) Kipr Respublikasından olan üzvü Eleni Teoxarus növbəti qalmaqal ilə gündəmə gəlib.
Erməni diasporunun sifarişi əsasında ölkəmizin işğal edilmiş Dağlıq Qarabağ bölgəsinə səfərlər edən, ermənipərəst E.Teoxarus indi də Albaniya Respublikasının Konstitusiyasına, təhlükəsizliyinə və ölkədə asayişə təhlükə yaradan ekstremist və nifrət çıxışı səbəbindən Albaniyanın Avropa və Xarici İşlər........
© İki Sahil
