We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close
Aa Aa Aa
- A +

Öz gözündə tiri görməyənlər...

2 0 0
13.06.2018

Son zamanlar ölkəmizin uğurlarını, inkişafını gözü götürməyən müəyyən xarici qüvvələr Azərbaycanın imicinə qara yaxmaq üçün yenidən hərəkətə keçiblər. Uzun illərdir ölkəmizin artan qüdrəti ilə barışa bilməyən belə qurumlar hər dəfə müxtəlif yollarla, müəyyən qurumlar yaratmaqla, antimilli ünsürlərin küllü miqdarda pul qarşılığında köməkliyi ilə Azərbaycanı qeyri-demokratik, insan hüquq və azadlıqlarının pozulduğu ölkə kimi təqdim etməyə çalışırlar. Yayılan məlumata görə, bu günlərdə qarayaxma kampaniyasının növbəti mərhələsinə start verilib. Kampaniyanın əsas təşkilatçısı isə ermənipərəstliyi hər kəsə məlum olan Soros fondudur.

Əsasən dağıdıcı müxalifətlə iş birliyinə üstünlük verən himayədarlar bu dəfə media üzərindən plan qurmaq istəyir. Belə ki, bir neçə gün öncə Azərbaycanda internet mediasının problemləri mövzusunda geniş müzakirə keçirilib. Müzakirələri “Media klubu” adlanan və əsasən “Turan” informasiya agentliyinin rəhbəri Mehman Əliyevin idarə etdiyi qurumun üzvləri aparıblar. Müzakirələrin tam mahiyyəti bəlli olmasa da “Media klub”un təsisçilərinin yaydıqları açıqlamada........

© İki Sahil