We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close
Aa Aa Aa
- A +

Ermənistan hara, Frankofoniya hara?

9 0 0
10.10.2018

Məlum olduğu kimi, dünyanın 5 fərqli qitəsindən 58 dövlətin təmsil olunduğu Beynəlxalq Frankofoniya Təşkilatının 17-ci zirvə görüşünün 11-12 oktyabr tarixlərində Ermənistanın paytaxtı İrəvanda keçirilməsi planlaşdırılır. Təşkilatın nizamnaməsinə əsasən, dövlətləri bu təşkilat çərçivəsində birləşdirən əsas amil fransız dili və fransız mədəniyyətinə yaxınlıq olsa da, dünyada sülhün və əmin-amanlığın, insan hüquq və azadlıqlarının təşviq edilməsi arzusu da BFT-nin missiyasını və fəaliyyətinin əsas prinsiplərini təşkil edir. Sammitə 100-dən çox yüksək vəzifəli nümayəndənin, o cümlədən Fransa Prezidenti Emmanuel Makron və Kanadanın Baş naziri Castin Trüdonun da qatılacağı gözlənilir.

Frankofoniya indiki formatda 1970-ci ildən fəaliyyət göstərir. Təşkilatın devizi belədir: bərabərlik, qarşılıqlı tamamlayıcılıq, həmrəylik. İlk dəfə frankofoniya termini 1880-ci ildə fransız səyyah Onezim Reklü tərəfindən işlədilib. O, dünya əhalisinin dil üzrə elmi təsnifatını apararkən bu ifadədən istifadə edib. 1968-ci ildə Frankofoniya lüğətə salınıb və iki mənada işlədilir: fransız dilində danışanlar, fransızca danışan xalqlardan ibarət........

© İki Sahil