We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close
Aa Aa Aa
- A +

Whipping boy – suç keçisi”

1 0 0
11.07.2018

Rus dilinin leksikonunda və ümumiyyətlə, Avropa xalqlarının (və bəlkə də dünyanın bütün xalqlarında bu və ya digər adlar altında) leksikonunda ingiliscə "whipping boy" – yəni, sözbəsöz mənası “Hər kiminsə suçu üçün döyülmək üçün hazır oğlan uşağı” adlı bir termindən geniş istifadə edilir.

Bəs bu termin haradan qaynaqlanır?

Tarixi haşiyə

“Whipping boy” ifadəsi XV-XVI əsrlərdə İngiltərə krallarının sarayında təsis edilmiş real bir vəzifənin adından götürülmüşdür.

Belə ki, o zamanlar zadəgan nəslindən olan və təqribən şahzadə ilə həmyaşıd bir oğlan uşağını kral sarayına gətirirdilər və o, burada yaşayırdı. Məqsəd də onun kralın övladı ilə, yəni şahzadə və vəliəhd olan bir uşaqla birlikdə tərbiyə alması idi. Və şahzadə nəsə cəzaya layiq pis bir əmələ yol verdikdə, onun əvəzinə həmin bu oğlan uşağını cəzalandırırdılar.

İzahı da bu idi ki, kral – “Tanrının canişinidir”. Və demək, hansısa səhvə görə kralı yalnız Tanrı cəzalandıra bilər. Öz növbəsində şahzadə də kralın - yəni, Tanrı canişinin övladıdır. Və deməli onu, təbəələri sayılan adi insanlar cəzalandıra bilməz. Bunun üçün yalnız kral olmaq lazımdır.

Təbii ki, ümumi tərbiyə prosesində hər bir uşaqda olduğu kimi, o cümlədən, kral övladının da cəzalandırılması zərurəti yaranırdı. Amma bu zaman əksər hallarda kral yaxınlıqda olmurdu.

Belə “narahatlığı” aradan qaldırmaq üçün də "whipping boy" – yəni, “döyülmək üçün........

© Dəyərlər