We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close
Aa Aa Aa
- A +

Siz elə bilirdiniz ki, mən görmürəm...

1 0 0
13.06.2018

(Naməlum müəllif tərəfindən qələmə alınmış bir yazıdan motivlənərək)

Bəzən bizə elə gəlir ki, yanımızda olan övladlarımız və nəvələrimiz yalnız öz işləri ilə məşğuldurlar. Onlar bizim hərəkətlərimizi, əməllərimizi, işlərimizi görmürlər və danışdıqlarımızı eşitmirlər. Amma Uca Allah Öz hikməti ilə uşaqlarımızın həyatında ən yaxşı və ən əsas nümunəni elə biz böyüklərdə qərar vermişdir.

İstəyərdim ki, bir uşağın dilindən, onun mümkün təəssüratları ilə bölüşüm.

Siz elə bilirdiniz ki, mən görmürəm, amma mən gördüm ki, siz mənim çəkdiyim ilk rəsmi necə soyuducuya yapışdırdınız. Və mən həmin andaca yeni bir şəkil çəkmək istədim.

Siz elə bilirdiniz ki, mən görmürəm, amma mən gördüm ki, satıcının bilmədən və səhvən artıq verdiyi pulu siz geri qaytardınız. Və mən başa düşdüm ki, halallıq – ən mühüm məsələlərdən biridir.

Siz elə bilirdiniz ki, mən görmürəm, amma mən gördüm ki, qoluzorbalı birisinin bir məzlumu aşağıladığı zaman, siz ona qahmar çıxıb müdafiə etdiniz. Və mən başa........

© Dəyərlər