We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close
Aa Aa Aa
- A +

Yaxşı əməl nədir və necə yaranır?

12 0 10
12.10.2018

Cümə söhbətləri

Bismilləhir-Rahmənir-Rahim!

Dünyada hər bir insan – dindar olub-olmamasından, namaz qılıb-qılmamasından, oruc tutub-tutmamasından asılı olmayaraq, yaxşı olmaq istəyir. Yaxşı olmaq dedikdə, insan nəyi nəzərdə tutur – bu, bir ayrı mövzudur. Amma ümumilikdə hər bir insan yaxşı insan olmaq, yaxşı əməllər etmək istəyir.

Əxlaq mütəxəssislərinin bu mövzuda söylədiklərinə əsaslanaraq, deyə bilərik ki, bu, bir fitri məsələdir. Bu, bizim qazandığımız bir mövzu deyil. İnsanın insan olaraq, daxilində yaxşı olmaq və yaxşı əməl etmək istəyi var.

Yaxşı əməl üçün əsas şərt – düzgün niyyət

Bu, özü ciddi bir mövzudur ki, yaxşı əməli fərqləndirən xüsusiyyət hansıdır? Bu haqda da dünyada müxtəlif fikir, düşüncə məktəblərində aparılan araşdırmalar nəticəsində gəlinən qənaət bu olub ki, gərək niyyət yaxşı olsun.

Ola bilər ki, bir əməl yaxşı görsənsin, amma niyyəti düzgün olmasın. Belə əməl yaxşı hesab olunmur. Bunları da kənara qoysaq, dinimiz, inancımız hesab edir ki, əməlin əməl olaraq özü-özlüyündə dəyəri yoxdur. Bu, əməlin niyyətidir ki, həmin əməli dəyərə mindirir. Məhz niyyətdir əməlin cövhəri, əməlin keyfiyyət müəyyənedicisi.

Digər mühüm bir nöqtə budur ki, düzgün niyyəti nə formalaşdırır? İslam və inanc sistemi bu mövzuda bütün suallara tam şəkildə təfsilatı ilə cavab tapmağa kömək edir. Qurandan və hədislərdən irəli gələrək, bizi yaradan, bizə inancı, İslamı göndərən Rəbbimizin bu mövzuda çatdırışlarına diqqət etməklə, düzgün və birmənalı nəticələrə çatmaq olar.

Niyyəti formalaşdıran – etiqaddır

İnancımızın nəzərinə görə, insanın niyyətini formalaşdıran mövzu – onun etiqadıdır. Bizim etiqadımız, imanımız bizim niyyətimizi formalaşdırır. Sual çıxır ki, bəs imanı nə formalaşdırır? İman yalnızca bilmək deyil. İnsan bilir ki, Allah var, peyğəmbərlər (ə) var, İmamlar (ə) var. Bilir ki, Allah ədalətlidir, məad var – ölümdən sonra həyat davam edir və insan öz əməllərinə görə cavab verəcək. Bilir ki, gündə 5 namazı qılmaq – vacibdir, bilir ki, ildə 1 ay oruc tutmalıdır. Bilir ki, xüms-zəkatını verməlidir, onun qazandığında kasıbların, yetimlərin, ahılların payı var. Və bir çox digər mövzuları bilir.

Amma bunları bilmək hələ imanı formalaşdırmır. Bunlar – işin bir tərəfidir. İşin ikinci tərəfi də var. O da olanda iman meydana gəlir. İnsanın daxilində, onun bilgisindən, əqidəsindən irəli gələn, həmin əməlləri həyata keçirmək istəyi, yerinə yetirmək əzmi olmalıdır. Məhz bu əzm – imanı formalaşdırmaq üçün ən ciddi amildir.

İnsanın daxilində bilgisi olduğu mövzuları həyata keçirmək istəyi, onu əməl müstəvisinə gətirib çıxarmalıdır. Misal üçün, insan gəlib bu nəticəyə çatır ki, Allah təkdir və ilahlığa yalnız O,........

© Dəyərlər