We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close
Aa Aa Aa
- A +

Həya ilə utancaqlığın fərqi

6 0 27
17.02.2017

Cümə söhbətləri

Bismilləhir-Rahmənir-Rahim!

Bügünkü bəhsimiz həya mövzusu ətrafında olacaq. Həya – hər zaman, hər vəziyyətdə, hər durumda çox önəmli olan anlayışlardan biridir. İstər ölkə səviyyəsində, istər dünya səviyyəsində bu məfhumun insanlara çatdırılmasına xüsusi ehtiyac vardır. Digər tərəfdən, bəzən bu anlayışı utancaqlıqla qarışdırmaq hallarına rast gəlinir. Bununla əlaqədar, həya və onunla bağlı məsələləri araşdırmaq çox böyük əhəmiyyət kəsb edir.

Urbanizasiya və həya

Dünya inkişaf etdikcə, dəyərlərin nuraniyyəti daha da qabarır. Bu gün dünyada əqli, fikri, düşüncə müstəvilərində müzakirələr gedir ki, həya kimi mövzular faydalıdır, yoxsa yox. Bu kimi anlamlar insanı inkişafa aparır, yoxsa inkişafdan saxlayır. Həya və bu kimi məfhumlar insanların özünün böyütdüyü, şişirtdiyi məsələlərdir, yoxsa toplumun həqiqi yaşaması, həqiqi inkişafı üçün zəruri olan elementlərdəndir?

Həya və bu kimi mövzular ətrafında gedən müzakirələr abstrakt xarakter daşımır. Bəşəriyyət səviyyəsində dəyərlərin savaşı gedir. İnsanın əmək aləti, robotlaşmış ünsür, istehsal vasitələrinin əlavəsi olaraq yol getməsi, yoxsa düşünən, öz yüksək missiyasını yerinə yetirən bir varlıq olması kimi iki diametral zidd nəzər arasında mübarizə gedir. Ailə institutu, sədaqət, dostluq, isti münasibətlər, insanlar arasında səmimilik – bütün bunlar qədim formasiyalardan qalma şeylərdir – deyə iddialar var. Və bunları layiqli cavablandırmaq gərəkdir.

Bu müzakirələr mürəkkəb proseslərin fonunda gedir. Belə ki, şəhərləşmə, urbanizasiya prosesləri nəticəsində ənənəvi əlaqələr, öncə sıx olan bağlantılar zəifləyir. İnsanlar arasında münasibətlər yarırəsmi formata keçir, sadəlik itir. Belə məsələlər həya kimi dəyərlərin arxaik xarakter daşıdığını, qədim toplumlara xas olduğunu iddia etməyə bəhanə verir. Bunlar iddia edirlər ki, müasir həyatda bu kimi mövzular artıq əvvəlki önəm daşımır, mənən köhnəlib.

Belə demək olarsa, müasir dünyada insanların çatdığı maddi tərəqqiyə rəğmən həya və bu kimi məsələlərdə çox ciddi bir boşluq var, ciddi bir defisit, çatışmazlıq var. Üstəlik, bəzən də deyilir ki, elə belə də olmalıdır. Guya bu, normal bir haldır. Guya bunlar o qədər mühüm bir məsələ deyil və texnoloji inkişafla bağlı problemlərin fonunda böyük əhəmiyyət kəsb etmir.

Qüvvələrin yerində istifadəsi

Həya haqqında danışmaqdan öncə bir mühüm məsələni qeyd etmək lazımdır. Allah Təala insana bir çox lütflər, bir çox inayətlər edib. Onlardan da vacibləri sırasında olanlar – potensial qüvvələrdir.

Bütün bu qüvvələrin tətbiqinin bir əsas şərti vardır. Bu şərt, qüvvənin optimal istifadəsinə qayıdır. Əgər insan öz daxili qüvvələrini yerində istifadə edirsə, nəticə gözəl olacaq. Heç istifadə etməyəcək, o qüvvəni donduracaqsa – çox pis olacaq. Həddən artıq istifadə edəcəksə - bu, başqa problemlərə gətirib çıxaracaq.

Amma bu qüvvəni insana Allah verib. Boş yerə də verməyib. Misal üçün qəzəb qüvvəsi. O yerdə ki, insan qəzəblənməlidir, qəzəblənməyəcəksə - ona verilən nemətdən düzgün istifadə etməyibdir. O yerdə ki, qəzəblənməməlidir, qəzəbini saxlamalıdır, amma qəzəblənibsə - yenə də neməti israf edib, düzgün istifadə etməmişdir. Yaxud, yer var ki, insan şəfqət və mərhəmət göstərməlidir, yer də var ki, mərhəmət göstərməsi özünə, insanlara, bəşəriyyətə zülm etmək deməkdir. Elə şeylər var ki, insan bunlara məhəbbət bəsləməlidir, bəsləməsə - zülm etmiş olur. Övlada məhəbbət, həyat yoldaşına, valideynə, dostlarına, Allah bəndələrinə məhəbbət. Yer də var ki, məhəbbət bəsləməsi haramdır. Burada məhəbbət hissinə yol versə, özünü əzaba mübtəla edəcəkdir. Zülmə, günaha, ədalətsizliyə məhəbbət kimi.

Eyni qüvvədir, amma müxtəlif şəraitlərdə müxtəlif şəkillər alır, müxtəlif kateqoriyalara aid edilir və müvafiq olaraq, insanın müqəddaratı üçün, həyat və axirəti üçün müxtəlif nəticələrə səbəb olur. Qəzəb qüvvəsindən qaydasında istifadə edəndə - olur şücaət. Şücaət – Insanın qəzəb qüvvəsindən yerində və düz formasında istifadə etməsidir. Qəzəb qüvvəsindən yersiz yararlananda – olur zülm. Belə ki, bu hiss həddən ziyadə sıxılanda, təfritə varanda – olur qorxaqlıq. Bir qədər ifrata varanda isə olur dəlisovluq. Dinimiz nə ifratı bəyənir, nə də təfriti. Amma qaydasında, yerində istifadəsinə yol verilsə - zəruri səciyyə əldə edir.

Həya – Iffətin ən qabarıq təzahürüdür

İnsana verilən bu cür hiss və qüvvələrdən biri də iffətdir. İnsanda iffətlilik ruhiyyəsiylə bağlı bir hal var. Ümumilikdə götürsək, insanın içində olan qüvvələrdən biri kimi, şəhvətin də ifratı-təfriti bəyənilmir. İslam nə bunun dondurulmasının tərəfdarıdır, nə də bunun sərhədsiz buraxılmasının. Öz qaydasında, öz yerində, öz lazımi həcmində tətbiqinə nail olmaq gərəkdir bu hissin. Mahiyyət və formanın harmoniyasına nail olmaq, hissin tətbiqinin ən optimal zaman, məkan, məqamını tapmaq gərəkdir. Bu qüvvənin ən optimal istifadəsi iffət adlanır.

Həya hissinin bazasında iffət durur. İffət – şəhvət kimi bir qüvvənin nəzarət olunan, qaydasında tətbiqindən irəli gələn bir haldır. Digər hisslər kimi, İfrat-təfritə getmədən, qüvvəni dondurmadan və eyni zamanda nəzarətsiz, hüdudsuz, sərhədsiz duruma gəlməsinə imkan vermədən, bu hissi ən optimal formada istifadə etməlidir insan. İffətin əsas göstəricilərindən biridir həya. Dinimiz insana verilən qüvvələrin, imkanların, potensialların doğru realizəsini istəyir, bunları doğru üslub və tərzdə həyata keçirməyə dəvət edir. Bu proses iradəvi olanda, nəzarətli olanda, əqlani olanda bir başqa bərəkəti olur, nəzarətsiz və başlı-başına buraxılanda – Insanı öz ardınca aparır, deqradasiyaya sürükləyir.

Əslində dinya bir çox maddi irəliləyişlərə çatmışdırsa da, həyanın bunlarla deyil, insanın vücudi inkişafı ilə bağlı olması daha qabarıq surətdə bəlli olur. İnsanın fitrətində qoyulan hisslərin təzahürü texnoloji amillərə deyil, onun insan olaraq optimal inkişafından, öz yerini tapmasınan və tutmasından asılıdır.

Bildirdik ki, həya – iffətin göstəricisidir. İmam Əli (ə) bununla əlaqədar buyurmuşdur: «Həya – iffətliliyin səbəbidir».

Bunların arasında belə bir bağlantı var. İstər insanın fərdi həyatında, istər toplumdakı birgəyaşayışında həya – ən önəmli məsələlərdəndir. Və həya bilgiyə, mərifətə bağlı olan məsələdir. Fərdin məlumatı, bilgisi, mərifəti, anlayışı, dərki nə qədər çoxdursa, həyası da bir o qədər artıqdır. İnsanın mərifəti çox olduqca, həyanı yerində işlətməsi və realizə etməsi məsələsi də bir o qədər real olur.

Həyasızlıq – cahilliyin məhsuludur

Əksinə, həyasızlıq, həyadan məhrumluluq – cahilə, nadana xasdır. Həyasızlıq – cəhalətin məhsuludur. Adamlar və toplumlar nə qədər həyaya sahib çıxırlarsa, bu, həmin fərddə və o toplumda mərifət, anlayış, tanıma məsələlərinin qaydasında olmasına bir sübutdur. Və müvafiq olaraq, nə qədər həyadan məhrumdursa, bir o qədər mərifətin, tanımanın azlığından xəbər verir. Həyanın bünövrəsində mərifət durur. Əmirəlmöminin Həzrət Əli (ə) buyurur: «İnsanların ən ağıllısı – onların ən həyalısıdır».

İnsanın........

© Dəyərlər